Tarix : 2019 Oct 31
Kod 59021

Doktor Pərğu: Qarabağın işğalının davam etməsi, İslam dünyası üçün ağır ziyandır

Qarabağın azad olunmasının həll yolu İslamın bu parça torpağı uğrunda mübarizə və canfəşanlıq etməkdədir. Mən sizdən soruşuram: Oturmusunuz, Minsk qrupunun sizin üçün Qarabağı azad edəcəyini gözləyirsiniz? İslamçı böyük şəxsiyətlər sizin zindanlarınızda qocalır, siz isə susmusunuz və müstəqilliyinizdən sonrakı illər boyu sizə ən çox dəstək verən yeganə ölkəni riyakarlıqda ittiham edirsiniz?! Bu, Azərbaycan Respublikasının xeyrinədirmi? Sizin məlumatınız naqisdir. Sizi İrana dəvət edirəm, beləliklə bəlkə, sionist illüzyası əsarətindən xilas ola biləsiniz.
 Arannews-15Oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatının sayaqlamaları ilə bağlı Təbriz Universitetinin müəllimi, İran Tarixi və Mədəniyyəti Mərkəzinin rəhbəri Məhəmmədəli Pərğudan müsahibə aldıq. O vaxt bir sıra səbəblər üzündən müsahibəni dərc etmədik. Lakin Azərbaycan Respublikasının “ovqat.com” saytının həqiqətlə üzləşdikdə nadancasına mövzular dərc etməsi bizi məcbur etdi ki, təxirlə də olsa həmin müsahibəni nəşr edək.
Müsahibə aşağıdakı kimidir:
 
Salam. Öz vaxtınızı bizim ixtiyarımızda qoyduğunuz üçün təşəkkür edirik. İlk olaraq İran və Azərbaycan Respublikası arasındakı münasibətlərin hazırkı durumu barədə açıqlama verərdiniz.
Mən də sizi və oxucularınızı salamlayır, İmam Hüseynin (ə) Ərbəini ildönümünün yaxınlaşması münasibətilə o həzrətin ardıcıllarına başsağlığı verirəm.
2017-ci ildən İran və Azərbaycan Respublikası münasibətləri hiss olunan səviyyədə yaxşılaşmağa başladı. Avtomobil istehsalı, Astara-Astara dəmir yolu, mədəni məsələlər, dərman istehsalı kimi həyata keçən bir sıra işlər bunun nümunələridir. Əlbəttə, bir sıra gizli əllər, o cümlədən sionist rejim nüfuzu amilləri vardır ki, iki ölkə müsəlman xalqı arasında problem yaratmağa səy edir. İnşallah, iki ölkə xaqının oyaqlığı və bəsirəti ilə bu amillər nakam qalacaq.
Son günlərdə Azərbaycan Respublikası Parlamentinin deputatlarından biri İran azərilərinə təsir etmək istiqamətində iranlıların bu ölkəyə səfəri üçün vizanın ləğvini, hətta iranlı tələbələrə təmənnasız burs imkanının yaradılması istəyib. Bu barədə sizin fikrinizi bilmək istəyirik.
Bu deputat (Qüdrət Həsənquliyev) 1395-ci ildə də təklif etmişdi ki, İranla viza rejiminin ləğv edilməsi ilə eyni zamanda Təl-Əvivdə Azərbaycan Respublikasının səfirliyi açılsın və beləliklə, onun gümanına görə daha İran bu məsələyə elə də etiraz edə bilməsin. Həqiqətdə isə hətta bu deputat İranla viza rejiminin ləğvinin ardınca deyil. Halbuki, İran neçə illərdir ki, birtərəfli olaraq viza rejimini ləğv etmişdir, Azərbaycan Respublikası isə qarşılıqlı olaraq bu işi etməmiş, üstəlik azərilərin İrana daxil olmasına maneçilik törədir, Astara sərhədində məhdiyyətlər yaradır.
İşarə etdiyiniz kimi iki ölkənin bir-birinə daha artıq yaxınlaşmasına mane olan problemlərdən biri də sionist rejimin Azərbaycan Respublikasında hüzurudur. Bu haqda nə deyə bilərsiniz?
Sionist rejiminin Azərbaycan Respublikasında hüzuru və bu ölkənin ərazisindən istifadə etməsinin İranda tənqid olunması düzgün və yerində bir tənqiddir. Çünki hamı “İsrail”in öz mənfəətini güdməsini və işğalçı olmasını etiraf edir. Bunu da vurğulayım ki, sionist rejiminə və Amerikaya güvənməyin sonu bu günlərdə tək və sərgərdan buraxılmış Suriya kürdlərinin taleyi kimi olar.
İran çirkin sionist rejiminin varlığına nifrət edən şiə və qeyrətli azərilərin vətənidir. Hətta Türkiyə türkləri və Azərbaycan Respublikası əhalisinin böyük əksəriyyəti də belədir. Lakin təəssüflər olsun ki, Azərbaycan Respublikası siyasətçiləri bu məsələni hələ də ayırd edə bilməyiblər.
Belə görünür ki, Azərbaycan Respublikasının bəzi siyasətçiləri İran və regionun daxili dəyişikliklərini düzgün tanımır və düzgün dəyərləndirə bilmir. Elə bu məsələ bəzən səhv açıqlamalara səbəb olur. Bu problemin həll olunması üçün təklifiniz nədir?
Belə adamları İrana dəvət edirəm. Gəlsinlər, müxtəlif siniflər və tayfalarla yaxından söhbət etsinlər, İranın həqiqətləri ilə tanış olsunlar, bu ölkənin bütün millətlərdən olan əhalisinin İslam hökumətinə və onun Rəhbərinə sevgisini yaxından görsünlər. Bəlkə beləliklə, sionist illüzyası əsarətindən xilas ola bilələr. Onların məlumatı dəqiq deyil və belə görünür ki, o qədər də yeni və düzgün xəbərləri oxuyan və dinləyən adamlar deyillər.
Qüdrət Həsənquliyev Amerikanın sanksiyalarını İranın Azərbaycan Respublikasına təzyiq və təhdidlərinin amili bilmişdir. Sizcə, onun bu baxışı haradan mənşələnir?
İran zalımcasına sanksiyaların ən pik həddində şücaətlə müqavimət göstərir və şərəfli həyatını yaşayır. Həsənquliyev bu suala cavab versin: Sizə sanksiya tətbiq edilməyib, Azərbaycan Respublikası xalqının milli sərvəti olan neftinizi də uşaq qatili sionist rejiminə satırsınız və pulunu da nağd şəkildə aldığınızı iddia edirsiniz, bəs nə üçün indiyə kimi Qarabağ münaqişəsi köçkünlərini bütün bu illər uzunu çəkdikləri əzab-əziyyətlərindən sonra hələ də köhnə uçmuş yataqxanalardan qurtara bilməmisiniz?
Yaxşı olar ki, siz Azərbaycan Məclisinin təyin edilmiş deputatı kimi Azərbaycan Respublikası xalqının geniş kütləsinin, xüsusilə də öz dolanışığını keçirmək üçün gün çıxmazdan qabaq işə başlamağa məcbur olan fəhlə qadınların və şəhid analarının acınacaqlı vəziyyəti haqda düşünəsiniz.
Deyin görək sanksiyada olmadığınız bir vəziyyətdə istedadlı, yaxşı və İranın gənclərinin dörddə biri sayında olan Azərbaycan Respublikası gəncləri üçün nə etmisiniz?
Hər ölkədə bəsirəti olmayan xas bir şəxsin xəyanəti, həmin ölkənin xaini hesab edilir. Ona görə də bir ölkədə xas bir şəxsdən belə bir sözün eşidilməsi, həmin xalqın özünün və mədəniyyətinin düşmənlərini cəsarətləndirir.
Qarabağ münaqişəsi və köçkünlərinə işarə etdiniz. Qarabağ barədə elmi və tədqiqi fəaliyyətləri olan bir kəs kimi Qarabağın vəziyyətini necə dəyərləndirirsiniz?
Hamımız yaxşı bilirik ki, Qarabağın azad olunmasının həll yolu İslamın bu parçası uğrunda mübarizə və cənfəşanlıq etməkdədir. Azərbaycan Respublikası Məclisinin deputatlarından soruşmaq lazımdır: Oturmusunuz, Minsk qrupunun sizin üçün Qarabağı azad edəcəyini gözləyirsiniz? İslamçı böyük şəxsiyyətlər sizin zindanlarınızda qocalır, Azərbaycan xalqı tərəfindən seçilməyən, deputatlığa təyin edilən sizlər isə susmusunuz, müstəqilliyinizdən sonra sizə ən çox dəstək verən yeganə ölkəyə qarşı ittiham irəli sürürsünüz?! Bu, Azərbaycan Respublikasının xeyrinədirmi?
Qarabağın azad olunması üçün hansı həll yollarını təklif edirsiniz? Biz ötən qırx ildə zülmlə, zülmkarcasına siyasi, iqtisadi, hərbi təzyiqlərlə üzləşdik, səkkiz illik Müqəddəs Müdafiə dövrünü qələbə ilə və bir qarış torpağımızı itirmədən başa vurduq. İran İslam Respublikası son illərdə İraq və Suriya qanuni dövlətlərinin rəsmi xahişi ilə Amerika və sionist rejimin yetişdirdiyi və dəstəklədiyi terrorçulara zillət yaşatdı və onları məhv etdi.
Bugünləri İran ən mürəkkəb silahlara, dronlara, böyük yeraltı raket şəhərlərinə malikdir və Amerika gəmiləri üzərində kəşfiyyat əməliyyatları həyata keçirir. Qüdrət Həsənquliyevin dediyi həmin sanksiyalarla nüvə, nano, tibb və digər sahələrdə yüksək yerli elmi nailiyyətlər əldə etmişdir, ötən 40 ildə iranlıların beynəlxalq səviyyəli məqalələrinin bənzərsiz inkişafını görməməzliyə vurmaq olmaz. Sanksiyada olduğumuz indiki bir vaxtda iranlıların süfrəsinin artığı 40 milyon amerikalı acı doyuzdurar.
İran Amerikanın kəşfiyyat təyyarəsinin hansının sərnişinli və hansının sərnişinsiz olduğunu ayırd edərək, sərnişinsizi vurursa, “İsrail”in Azərbaycan ərazisindən İrana göndərdiyi oyuncağın yolunu tanımaq və onu məhv etmək çox asandır.
Bunları xatırlamaqla bildirmək istəyirəm ki, İran İslam Respublikası öz Konstitutiyasına əsaslanaraq dünyada hər hansı bir ölkənin işğalçılığını qəbul etmir və bu istiqamətdə Bakı Qarabağı azad etmək üçün ciddi iradə göstərərsə, qabaqlar olduğu kimi yenə də heç bir köməyini əsirgəməyəcək. Bugün İslam dünyası çoxlu təcrübə, potensial və qabiliyyətlərə malikdir. Azərbaycan Respublikası bu potensiallardan faydalana bilər və özünü Amerika, “İsrail” və qərbin Qarabağı azad etmək üçün verdiyi puç iddia tələsindən xilas edə bilər.
Sonda Azərbaycan Respublikası siyasətçiləri və Parlament deputatlarına sözünüz varsa, buyurun.
Mənim sözüm bu deputat kimilərə və onunla həmfikir siyasətçilərə budur ki, Qarabağın azad olunması üçün məsləhət olub-olmaması kimi gözləmələri bir qırağa qoyun və müqavimət cəbhəsinin son bir neçə ildəki təcrübəsindən istifadə edin. Qısa müddətli mənafeə görə nə sülh, nə müharibə şəraitini qəbul edən, qərb, Amerika və Minsk qrupunun puç vədələrinə mübtəla olan və divarları arxasında qalan sizlər bir anlıq bu məsələ barədə düşünün ki, əgər Qarabağı həmişəlik olaraq itirsəniz, siz və İslam dünyası üçün hansı böyük ziyan baş verəcək!
Başqalarına qarşı əsassız ittiham heç bir problemi həll etməyəcək. Öz xalqınıza qarşı sadiq olun. Düzünü onlara deyin. Deyin ki, İran əməl meydanında sizə yardım əlini uzadan, Qarabağ müharibəsində sizin yanınızda olan tək ölkədir. Öz xalqınıza deyin ki, Naxçıvanı sizin üçün İran qorudu. Xalqınıza deyin ki, İranın təyyarəsi sizə dəstək verdiyinə görə Qarabağda vuruldu. Xalqınıza deyin ki, İran neçə ildir ki, sizin İrana girişiniz üçün viza rejimini ləğv edib. Və daha çoxlu digər məsələləri öz medialarınız vasitəsilə xalqınıza açıqlayın. Əlbəttə, əgər buna cürətiniz çatırsa!
İran kimi qüdrətli bir ölkəni Azərbaycan Respublikası ilə müqayisə etmək məntiqi olmasa da, yaxşı olar ki, asılı olan və hörmətsizlik edən bu deputat kimilər öz medialarında Azərbaycan Respublikasındakı hərbi gücü, elm, universitet, idman, tibb sahələrindəki vəziyyəti, azadlıq, qadınların təhsil səviyyəsini və s. İranla müqayisə etsinlər. Halbuki, İran sanksiyadadır, onlar isə zahirdə sanksiyada deyildir, lakin başqalarının siyasətlərinin əsiri olublar.
Onlar Xəzər dənizində yerləşdirdikləri “İsrail” istehsalı olan qayıq və təchizatlarını Qarabağı azad etmək üçün alıblar? Torpaqlarının 20 faizi İsrail işğalçılığı kimi bir işğal altında olan Azərbaycan Respublikası ordusu üçün öndə dayanan vəzifə məhv olmalı bir rejimdən asılı olmaq və onun istehsalı olan qayıqları Xəzər dənizində yerləşdirməkdirmi? Özləri düşünüb nəticəyə gəlməlidirlər ki, bu siyasətlə Qarabağı azad etmək olarmı?
Ölkəmizin xalqı və qonşu ölkələrin xalqları üçün uğurlar və başıucalıq arzu edirəm, Qüdsün və Qarabağın işğaldan azad olunmasını Allahdan istəyirəm.
Müvəffəq olasınız.
Bizə də sizə müvəfəqiyyət arzu edirik və bizə vaxt ayırdığınız üçün minnətdarlığımızı bildiririk.
  • Yazılıb
  • da (də) 2019 Oct 31
  • Göndərən جهان کمالی