Tarix : 2019 Nov 01
Kod 59023

Aksiyadakı polsilərin ailəsini söyən sosial şəbəkə iştirakçılarına

Aksiyadakı polsilərin ailəsini söyən sosial şəbəkə iştirakçılarına
Arannews-Azərbaycanda polsilərin etirazçı insanlarla kobud, qeyri-insani rəftarlarla rəftar etməsi təkcə ölkəmizdə deyil, xarici hesabatlarda, xarici ölkələrin gündəmində də məlumdur. Baş Prokurorluq bu insanların özlərini divara vurmasından, polislərin günahsız olmasından danışsa da dediklərinin hamısı yalan, videolentlər göz qabağındadır. Amma burada etiraz etmək istədiyimiz, pis görüntü yaradan bir hadisə vardır.
Deməli, xüsusən də son mitinqdən sonra orada kobudluq edən polislərin aşkarlanmasından sonra sosial şəbəkələrdə bu videoların altında polislərin ailəsini, nəslini pis-pis söyüşlərlə təhqir edən insanlar olur.
Doğrudur, xalq qəzəblidir, bu cür vəziyyətə nifrətlə yanaşır. Amma burada bir neçə məsələ unudulmamalıdır;

1. Əgər bu insanların məqsədi zalım Əliyev hakimiyyətini devirməkdirsə bu inqilabın təməlləri söyüşlə, təhqirlə qoyulmamalıdır.

2. Ümumiyyətlə söyüş pis bir şeydir. Bunun təməlini ölkədə yaramaz hakimiyyət qoysa da, TROLLAR, GÖZƏGİRƏNLƏR vasitəsilə söyüşə başlasa da bu işə bir yolla son qoymaq lazımdır. Sabah bu yaramaz hakimiyyət dəyişib yerinə kim gəlsə o və onların komandası da indiki tərbiyəsiz rejimin əlaltıları tərəfindən söyülməyə başlayacaq.
3. Etirazçı insanlar dəyişiklik istəyir, zalım rejimə etiraz edir. Amma bütün bunları sivil şəkildə həyata keçirir. Bir nəfər polisə aksiyalarda çırtma belə vurulmur. Madam kimlərsə sivil mübarizənin tərəfdarıdır elə söyüşləri də yığışdırsınlar. Əgər polisə müqavimət göstərmək, onu daş-kəsəklə vurmaq sivil mübarizənin ziddinədir və qanunla cinayətdirsə söymək də eyni hökmdədir. Yox, əgər söymək istəyir, sivil mübarizə aparmaq istəmirsinizsə elə daş-kəsəklə polisi vurmaq ondan yaxşıdır.
4. Bu polislər nə qədər kobudluq, alçaqlıq etsələr də onların ailələrinin, ana-bacıalrının təhqir edilməsi yolverilməzdir. Çünki onların ailələrində də bu işə nifrət edən, etiraz edən insanlar vardır. Biz inanırıq ki, bu gün polis ailələrində belə polis zorakılığından tutmuş, yaramaz hakimiyyətin digər alçaqlıqlarına etiraz edən vicdanlı insanlar vardır.
5. Hətta onların ailələri rejimdən razı olsalar belə yenə də onların polislərin kobudluğu ucbatından söyülməməlidir. Bu gün polisə görə onun arvad-uşağını söyənlər sabah hakimiyyətə gəlsə hansısa cinayətkarın əməlinə görə onun ana-bacısını da həbs edəcəklər? Axı, biz özümüz əxlaqsız rejimin etirazçıların ana-bacılarını polis bölmələrinə çağırırb onları ailə ilə hədələməsini şərəfsizlik adlandırırıq. İndi necə olur ki, bu cür əxlaqsız bir rejimin etdiyi iyrənc bir əməl edilir.
Əgər dediklərimizlə razısınızsa fikrlərimizi təbliğ edin, yayın, digər insanalra da çatdırın ki, bu cür xoşagəlməz hal mümkün qədər aradan qalxsın.
  • Yazılıb
  • da (də) 2019 Nov 01
  • Göndərən جهان کمالی