Tarix : 2019 Nov 02
Kod 59026

Rusiyalı tədqiqatçılar: İran qüdrət amilinin hər dördündən faydalanır-Təhlil

Rus şərqşünaslar: İranın Yaxın Şərqdə fəal hərbi siyasəti dünyanın diqqətini həddindən artıq bu ölkənin hərbi potensialına cəlb etmişdir. Müasir dünyada o ölkələr ciddiyə alınır ki, nəzərə çarpacaq geopolotik potensiala, iqtisadiyyata, hərbi gücə, davamlı cəmiyyət və ideologiyaya sahib olsun. Tehran sadalanan 4 amilin hamısına malikdir.
AranNews-in “Sputnik”-ə istinadla verdiyi xəbərə görə, rusiyalı tanınmış şərqşünas və iranşünas Vladimr Sagin İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Tehranın hərbi gücü barədə yazdığı və Rusiyada çapdan çıxan elmi kitabında yazır:
Əsrlər boyu Rusiyanın Şərq araşdırmaları, xüsusilə də iranşünasların tədqiqatları onların elmi əsərlərinin keyfiyyətinə görə dünyada məşhur olmuşdur. Sözsüz, Rusiya ilə beş yüz ildən çox münasibəti olan İran ənənəvi olaraq rus şərqşünaslarının araşdırmalarının ən mühüm mövzusu olmuşdur.
Dünyada baş verən hazırkı hadisələr, İranın Yaxın Şərqdə fəal hərbi siyasəti, Suriyada Dəməşq tərəfindən hərbi əməliyyatlarda iştirakı, dünyanın diqqətini həddindən artıq bu ölkənin hərbi potensialına cəlb olmasına səbəb olmuşdur. Bu üzdən Yaxın Şərq İnstitutunun nəşr etdiyi min səhifəlik “İran İslam Respublikasının hərbi gücü” kitabı çox yerində sayılır.
Bilirik ki, müharibə ictimai və siyasi bir hadisə olaraq ölkənin iqtisadiyyatı və cəmiyyətinə ciddi ziyan vurur. Bununla belə, bu məsələ İran barədə baş vermədi. İran müharibənin nəticələrinə uğurla qalib gəldi, hətta müharibədən əvvəlkindən daha güclü və möhkəm çıxdı. Üstəlik, müharibə təcrübəsinə diqqət etməklə, təqribən sıfırdan başlayan qüdrətli milli müdafiə sənayesi yarada bilmişdir və bu, İranın hazırkı hərbi gücünün əsasını təşkil edir.
Müasir dünyada o ölkələr ciddiyə alınır ki, nəzərə çarpacaq geopolotik potensiala, iqtisadiyata, hərbi gücə, davamlı cəmiyyət və ideologiyaya sahib olsun. Tehran sadalanan 4 amilin hamısından yetərincə faydalanmışdır: Avrasiyada unikal geostrateji mövqe; zəngin təbii mənbələr; ölkənin tarixi; Ayətullah Xameneinin təlimi.
İranın yeni tarixinin paradoksu budur ki, İslam inqilabçıları şahı devirərək İranı regional supergücə çevirdilər. Onlar elə işlər etdilər ki, devrilmiş şah Məhəmməd Rza onu təkcə arzu edirdi. Şiə ruhaniləri qərb demokratiyası modelinə deyil, 1501-ci ildən şiəlik formasında müxtəlif mədəniyyətlərin inkişafında mühüm və İranın özünə məxsus amilinə çevrilmiş İslama söykənir.
Kitabın müəllifləri vurğulayırlar ki, qərb və İsrail İranın hərbi qüdrətinin inkişafını, xüsusilə də onun nüvə raketi proqramını narahatlıqla izləyir. Bu narahatlığın səbəbi Tehranın regional ambisiyasıdır. İranın “Şəhab-3” və “Şəhab-4” əməliyyat-taktiki raketlərlə silahlanması, habelə “Şəhab-5” və “Şəhab-6” raket layihələri üzərində işləməsi bu iddianı sübut edir.
Habelə bu kitabda deyilir:
Şübhəsiz, İran səmtinə çəkinlən hər hansı hücum heç bir müstəsna olmadan dünyanın bütün ölkələrinin iqtisadiyyatına təsir etməklə cahanşümul olacaqdır.
Bu üzdən Vaşinqton dövlətinin İran qarşısında variantları məhduddur.
Qeyd edək ki, sözügedən kitab İranın hərbi siyasəti və qüdrəti barədə təhlilləri, reallıqları, maraqlı və fərqli fikirləri özündə toplamışdır. Beləliklə, oxucuya Yaxın Şərqin hazırkı geopolitik və hərbi-strateji durumu, inkişaf siyasətləri ilə bağlı bir nəticəyə gəlməyə imkan yaradır.
  • Yazılıb
  • da (də) 2019 Nov 02
  • Göndərən جهان کمالی