Tarix : 2019 Nov 02
Kod 59028

Azərbaycan-İran iqtisadi Komissiyasının tərkibi təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 8 fevral 2012-ci il tarixli sərəncamına dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı kimi təsdiq edilib: 

 

Komissiyanın həmsədri

 

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikasının energetika naziri

 

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

 

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri

 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

 

Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

 

Sərəncamla Xarici İşlər Nazirliyinə bu barədə İran İslam Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb. 

  • Yazılıb
  • da (də) 2019 Nov 02
  • Göndərən جهان کمالی