Tarix : 2019 Nov 03
Kod 59030

Jurnalist xuliqanlıqda ittiham olunaraq, inzibati həbs edilib

“Polis şöbəsində jurnalistən AXCP-ni dəstəkləməməyi tələb ediblər

Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə oktyabrın 31-də jurnalist və gənc fəal Şəmistan Həziyev 30 gün müddətinə inzibati həbs cəzası alıb.

O, xuliqanlıqda ittiham edilib.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, Şəmistan Həziyev oktyabrın 31-də evdən çıxan kimi dərhal polis inspektoru tərəfindən saxlanılıb. Polis şöbəsinə aparılan jurnalisti AXCP-ni dəstəkləməkdə, partiyanın sədri Əli Kərimliyə dəstək olan materialların sosial şəbəkələrdə dərc etməsində ittiham ediblər. Bundan sonra ona siyasi baxışlarından imtina etdiyi və peşman olması barədə ərizə yazmağı təklif ediblər. Jurnalistin bundan imtina etməsindən sonra onunla bağlı xuliqanlıq aktı tərtib edilib. Akta əsasən, Şəmistan Həziyev küçədə yüksək səslə söyüş söyüb və polisin tələbinə məhəl qoymayıb.

  • Yazılıb
  • da (də) 2019 Nov 03
  • Göndərən جهان کمالی