Dünən (red- 1 noyabr) Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi önündə aksiya keçirilib
Bildirilir ki, aksiyada 50-yə yaxın siyasi mühacir iştirak edib. Berlin vaxtı ilə saat 11:00-da başlayan aksiyanın təşkilatçısı Avropada fəaliyyət göstərən Azərbaycan Naminə Demokratiya təşkilatının İdarə Heyətinin üzvü Samir Mustafazadə və Rüstəm Quliyev olub.
Aksiyada hazırda Avropada səhhətilə bağlı müalicədə olan AXCP sədrinin müavini, keçmiş siyasi məhbus Gözəl Bayramlı da iştirak edib.
1 saatdan çox davam edən aksiya sosial şəbəkədə canlı yayımlanıb, şüarlar səsləndirilib, sonda qətnamə oxunmasıyla başa çatıb.