Tarix : 2019 Nov 03
Kod 59033

Oktay Gülalıyev başqa xəstəxanaya köçürüldü – Nazirlikdən AÇIQLAMA

Oktay Gülalıyev başqa xəstəxanaya köçürüldü – Nazirlikdən AÇIQLAMA
Arannews-Oktyabrın 29-da Bakının Nəsimi rayonunda avtomobillə vurularaq əməliyyat olunan hüquq müdafiəçisi Oktay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər.

Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, “City Hospital”da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan, ailə üzvləri O. Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər. Bu səbəbdən də saat 14.35-də Oktay Gülalıyev “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır.(

  • Yazılıb
  • da (də) 2019 Nov 03
  • Göndərən جهان کمالی