Ermənistan ilə Azərbaycan arasında olan münasibətlər daim təhlükə mənbəyidir. Baxmayaraq ki, son il yarımda təmas xəttində gərginlik nisbətən azalıb.
Arannews-Axar.az xəbər verir ki, bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində canlı yayımda çıxışı zamanı deyib.
O qeyd edib ki, erməni tərəfi Qarabağda bu gün itkilərlər verir.
“Gərginlik son bir il yarımda azalsa da, o var və davam edir. Biz Qarabağ məsələsinin çözümünü tapmamışıq. Konkret bir qərarımız da yoxdur. Bir plan olan kimi biz bunu xalq qarşısında müzakirə edəcəyik. Lazım gəlsə, referendum da keçirilə bilər”, - deyə Paşinyan qyd edib.