Tarix : 2019 Nov 05
Kod 59043

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gələcək

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahrominin dekabrın əvvəlində Bakıya səfər edəcəyi gözlənilir.

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahrominin dekabrın əvvəlində Bakıya səfər edəcəyi gözlənilir.

"Arannews-İran KİV-inə istinadən xəbər verir ki, o, 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edəcək.

Qeyd edək ki, M.Cahromi 2017-ci ilin avqustunda İKT naziri təyin olunduqdan sonra hər il sərgidə iştirak edir.

Qeyd olunur ki, İran hökuməti yerli texnologiya şirkətlərinə və startaplara "BakuTel-2019"da iştirak etmək üçün dəstək verir. İran İnformasiya Texnologiyaları Təşkilatı, Milli İnnovasiya Fondu və Elm və Texnologiya üzrə vitse-prezident Bürosu yerli texnologiya şirkətlərinə və startaplara sərgidə iştirak etmək üçün maliyyə dəstəyi göstərəcək.

Xatırladaq ki, 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi dekabrın 3-dən 6-dək Bakıda keçiriləcək.


İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gələcək
  • Yazılıb
  • da (də) 2019 Nov 05
  • Göndərən جهان کمالی