Ordubad İcra Hakimiyyətinin başçısı deyib: “İran müxtəlif növ yardımları ilə Naxçıvan barədə qonşuluq haqqını yerinə yetirmişdir.”
Redaksiyamızın İranın Naxçıvan MR-dakı konsulluğuna istinadla verdiyi xəbərə görə, Ordubad İcra Hakimiyyətinin başçısı Elşad Məhəmmədov İranın Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni ilə görüşündə deyib: “Naxçıvan Muxtar Respublikası həmişə İran İslam Respublikasının dostluğunun şahidi olmuşdur və bütün köməklərinə görə İrana minnətdarıq.”
İcra Hakimiyyətinin başçısı bu görüşdə Ordubad rayonu, onun tarixi, məhsulları və müxtəlif fəaliyyətləri səfirə məlumat verib.
İranın Naxçıvan MR-dakı baş konsulu da Ordubad əhalisinin və dövlət xadimlərinin qonaqpərvərliyinə görə təşəkkür etməklə yanaşı, bu əməkdaşlıq və dostluğun davam edəcəyinə, İran və Azərbaycan iki qonşu ölkənin bu əməkdaşlıq və dostluqdan faydalanacağına ümidvar olduğunu bildirib.
Seyid Əhməd Hüseyni görüşdən sonra Ordubad şəhərinin müxtəlif mərkəzlərini seyr edib, İran və Azərbaycan arasında müştərək razılaşma əsasında inşa edilməkdə olan Su Elektrik Stansiyasının işləri ilə yaxından tanış olub.