Tarix : 2019 Nov 07
Kod 59049

Azərbaycan gömrüyündə sıxlıq: yüzlərlə maşın sərhədi keçə bilmir - FOTO

Azərbaycandan Rusiyaya getmək istəyən yük maşınları Samur Gömrük Postunun qarşısında çətinliklə üzləşib.

 Arannews-Oxu.Az-a istinadən xəbər verir ki, meyvə-tərəvəzlə dolu yüzlərlə maşın dörd gündür sərhədi keçə bilmir.

Rusiyanın ayrı-ayrı şəhərlərinə meyvə-tərəvəz apardıqlarını deyən sürücülər bildirir ki, avtomobillərdə soyuducu işləsə də, kənd təssərrüfatı məsulları artıq xarab olmaq üzrədir. 

Yaranmış problemlə bağlı Samur Gömrük Postunun rəisi Eyvaz Əliyev saytımıza açıqlamasında bildirib ki, Azərbaycan tərəfdən həm yük, həm sərnişin avtomobillərinin qonşu ölkəyə buraxılmasında heç bir problem yoxdur.

Problem həm mövsümlə bağlı yük maşınlarının sayının artması, həm də qonşu Rusiyanın keçid məntəqəsində təmir işləri aparması ilə əlaqədardır. 

E.Əliyev deyib ki, sıxlıq Gürcüstan-Rusiya sərhədində yaranıb. Avtomobillər də Rusiyaya keçmək üçün alternativ olaraq Samur Gömrük Postunu seçir. Bütün bunlara baxmayaraq, problemin tam həlli üçün Azərbaycan gömrükçüləri rusiyalı həmkarları ilə danışıqları davam etdirirlər.

 


 

 

 

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2019 Nov 07
  • Göndərən جهان کمالی