Rusiyada xuliqanlıq zəminində həbs olunan və haqqında həbs qərarı çıxarılan azərbaycanlının görüntüləri yayılıb.
Arannews-axar.az-a istinadən xəbər verir ki, təyyarədə sərnişinlərə və ekipaja qarşı kobudluq və aqressivlik edən həmyerlimiz uçuşun təxirə salınmasına səbəb olmuş, hava limanı polisi tərəfindən saxlanılmışdı.
Onun avialaynerdən endirilməsinin görüntüləri yayılıb.