Tarix : 2019 Nov 08
Kod 59053

İslam Peyğəmbəri (s) meraca getməsi

İslam Peyğəmbəri (s) meraca getməsi

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ سُبْحَانَ الَّذِي أَسْرَىٰ بِعَبْدِهِ لَيْلًا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ


"Öz bəndəsini (MuhəmmədiÖsəlləllahu əleyhi və alihi və səlləm) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)." (İsra-1)


Yəni Peyğəmbərimiz (ə) “Məscidul-həramdan (Məkkədən) Məscidul-Əqsaya (Qüds) ordan da qeyb aləminə Allah tərəfindən gecə ikən aparılmasına (seyr etdirməsinə) Merac deyilir.

Lakin Merac sözünün lüğət mənası, “üzü yuxarı getmək, ucalmaq”dır.

Peyğəmbərimiz (s) Merac səfərinin həm tarixi hadisələr təsdiq edir, həmdə Qurani-Kərimin bir neçə ayəsində bəyan edilir.

Bəzi ayələrdə bu hadisəyə işarə olunur, lakin bəzi ayələrdə aşkar şəkildə qeyd edilir. O cümlədən Nəcm surəsinin 1-ci ayədən 18-ci ayəyə qədər, xüsusi ilə İsra surəsinin 1-ci ayəsində.

سُبْحَانَ الَّذِي أَسْرَىٰ بِعَبْدِهِ لَيْلًا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ

“Öz bəndəsini (Muhəmmədi səlləllahu əleyhi və alihi və səlləm) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)”. (İsra-1)

Doğrudur Merac səfərində Peyğəmbərə (s) bir çox hökmlər bəyən oldu, o cümlədən:

1. Tövbə məsələsi müsəlman ümmətinə xass şəkildə...

2. Namazın bu günkü forması, və 17 rəkət vacib olması.

Lakin hər iki surədəki ayələr Meracın fəlsəfəsini və mənasını belə açıqlayır.

“Allah-taala öz səltənətinin və qüdrətinin əzəmətini və nişanələrinin ən böyüklərinin bəzilərini, həmçinin həqiqət aləmini öz Peyğəmbərinə göstərsin.”

Qeyd edim ki, Merac məsələsi yalnız və yalnız bizim Peyğəmbərə (s) məxsusdur.

Məsələn; doğrudur Hz. İbrahimin (ə) haqqında Quran buyurur biz ona bəzi ayələrimizi göstərdik.

Amma bu iş Meraca aparılaraq olmadı. Lakin Hz.Muhəmmədin (s) haqqında buyurulur:

وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ

“(Yerdən) üstün üfüqdə olduğu halda”.

ثُمَّ دَنَا فَتَدَلَّىٰ

“Sonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu”.

فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ

“Beləliklə (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi”.

İmam Sadiq (ə) bu ayəni haqqında buyurur: “Peyğəmbər (ə) yaranmışların içərisində məqam cəhətindən Allaha ən yaxın olandır.

O həzrət Allaha o qədər yaxındır ki, Merac gecəsində asimana yüksəldiyi zaman hz. Cəbrayil hey təkrar edirdi; Daha da qabağa get Ey Muhəmməd.

Elə bir yerə qədəm qoymusan ki, səndən öncə ora nə bir müqərrəb Mələk nədə bir peyğəmbər yüksəlib.

Əgər o həzrətin canı və ruhu o aləmdən bir nümunə olmasaydı heç vaxt ora yüksələ bilməzdi. Çünki ora Allaha ən yaxın olan məqam idi.”

فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ

“Beləliklə də Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi”.

Bu ayənin izahında təfsir alimləri yazırlar ki, Peyğəmbərə (s) vasiətsiz, üzbə-üzə vəhy olundu.

مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ

“(Peyğəmbərin) qəlb(i) gördüyündə (Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və) yalan demədi”.

Əksər rəvayətlərdə buyurulduğuna əsasən Peyğəmbər (s) qəlb vasitəsi ilə gördüyünü buyurub. Bəzi rivayətlərdə isə O həzrət nurani gördüyünü söyləyib. Belə ki, nurani kəlməsi cismani kəlməsinin qarşısındadır...

أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ

“Onunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?!”

وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ

“Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qiyafəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü”.

عِنْدَ سِدْرَةِ الْمُنْتَهَىٰ

“Sidrətulmüntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında.”

“Sidr” bir ağac növüdür.

“Müntəha” sanki asimanlarda bir məkan adıdır.

Sonrakı ayədə gələn “Məva” cənnətin ən uca mərtəvəsidir. Ayədən göründüyü kimi “Müntəhanı” “məvanın” yanında ünvan olaraq göstərir.

“Sidr” ağacını isə asimanların yeddinci qatında göylərin sərhədinin axırı. Hansı ki, bəndələrin əməlləri ora ucalır. Orda bir ağac olduğunu yazırlar.

عِنْدَهَا جَنَّةُ الْمَأْوَىٰ

“(Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır”. (Nəcm surəsi 7-15)

Əvvəldə qeyd etdik ki, Peyğəmbərin (s) meraca getməsini bir neçə tarixi hadisədə qeyd edir:

1) O həzrət göylərəd olar kən Məkkəyə tərəf çatmaq da olan karvan haqqında söylədikləri...

2) Qüds məscidinin əlamətləri haqqında soruşduqları və o həzrət həmin məscidin əlamətləri və nişanələri haqqında danışması...

İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbələrindən...

Ahlibeyt.ge
  • Yazılıb
  • da (də) 2019 Nov 08
  • Göndərən جهان کمالی