Noyabrın 9-da axşam Arzuman Qurbanov DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən buraxılıb. Bu barədə AXCP-dən bildiriblər.
Öncə A.Qurbanovu iğtişaşlara (19 oktyabr mitinqi nəzərdə tutulur) çağırışda ittiham edərək CM-in 220-ci maddəsi (kütləvi iğtişaşların təşkili) ilə cinayət işi açmağa çalışıblar.
Sonra sosial şəbəkələrdə hakimiyyəti kəskin tənqid etməsilə əlaqədar iddia irəli sürərək onu ölkəyə buraxmamaqla hədələyiblər. A.Qurbanovun sözlərinə görə, özü keçmiş polis işçisidir. O, fiziki təzyiqlərin olmadığını bildirib.