Tarix : 2019 Nov 13
Kod 59076

Müsavata piket keçirməyə imkan verilmədi

Polis Müsavat Partiyasının noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında piket keçirməsinə imkan verməyib.
Arannews-Polis 15-dən çox partiya üzvünü saxlayıb.
Saxlanılanlar arasında Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli, Səbail rayon təşkilatının sədri Zakir İsmayı və digər fəallar olub. 
Saxlanılanlar arasında jurnalist Şahin Rzayev də var. Partiya başqanı Arif Hacılı isə səhər saatlarında saxlanılıb.
Partiyanın yaydığı məlumata görə, aksiyadan öncə 17 fəal saxlanılıb. Həmçinin, bir neçə nəfər jurnalistlərə müsahibə verərkən saxlanılıb. 

Onlar qanunu pozmadıqlarını, Konstitusiyada təminat verilmiş toplaşmaq azadlığı hüquqlarını həyata keçirdiklərini bildiriblər.
  • Yazılıb
  • da (də) 2019 Nov 13
  • Göndərən جهان کمالی