Tarix : 2019 Nov 16
Kod 59085

İslam gerilik dinidir, yoxsa İlham Əliyev mağarada yaşayır

Bu yaxınlarda yenə Bakıda dinlə bağlı nəsə tədbir gedirdi. Heç kəsə maraqlı olmadığı kimi bizə də maraqlı deyildi. Çünki Allahdan, İslamdan uzaq düşmüş bir dəstə insan öz aləmlərində özlərini islamçı hesab edir, öz zehnlərində düzəltdikləri İslam və dövlət münasibətlərindən dəm vururdular. Hamı da bilir ki, əməldə heç nə yoxlarıdır.
Deməli, bu insanlara “din niyə dövlətdən ayrıdır” desəniz başlayacaqlar ki, din müasir tələblərə cavab vermir, nə bilim multukultural belə gəldi, müasirlik (əxlaqsızlıq mənasında) elə getdi və s.
Halbuki Məhəmməd peyğəmbər bütün günü xalqın, müsəlmanların içində olar, vəziyyətləri ilə maraqlanardı. Məhəmməd Peyğəmbər buyurub ki, kim bir müsəlmanın haray çəkdiyini eşidib kömək eləməsə bizdən deyil. Bu paralelləri əbəs yerə aparmadıq. Bu yaxınlarda deputat deyirdi ki, İlham Əliyevə müraciət etmək istəyən sayta daxil olub müraciət edə bilər. Ondan bir iki gün qabaq isə öz trollarından olan Maqsud yutubda danışıb deyir ki, prezidentə şikayətlər çatmır. Bunu tək o demir, prezidentin hətta öz ətrafı da belə deyir. Məsələn, prezidentin qeyri-rəsmi vəkili Hafiz Hacıyev də həmişə belə deyir. Ümumiyyətlə xalqın etirazları, şikayət və müraciətləri qarşısında deputat Aydın Mirzəzadə kimilər bu iki zəhrimardan birini qəbul etməlidir: ya prezident özü məktublara, müraciətlərə, saytının emailinə baxır, ya da adamları. Özü baxırsa və əncam vermirsə deməli xalqı sevmir, xalqa düşmən kəsilib. Xalq belə olanda yaxşı edib etiraz edir. Bu ölkədə məgər ancaq İlham Əliyev, Mirzəzadə və onların yaramaz “kruqları” yaxşı yaşamalıdır ki? İkinci halda yenə bu iki zəhrimardan birini seçməlidirlər: Ya adamları İlham Əliyevə məktubları göstərmir, ya da göstərir, amma Əliyev çarə eləmir. İkinci variantı seçə bilməzlər. Çünki Mirzəzadə, Hafiz Hacıyev, Maqsud kimilərin hünəri çatmaz desin ki, prezidentə məktublar çatır, amma o baxmır. Yüz faiz bilirik ki, bu cür işləri onların işlərini görən, andıra qalmış saytlarına gələn müraciətləri idarə edən insanların üstünə yıxırlar. Əgər onların dediyi kimi bu məktubları prezidentə göstərmirlərsə, onları işdən qovub başqa adamlarla işləsin. Belə olmaz ki, bütün nazir, deputat, sayt işçisinin hamısı xain, yaramaz, “atanşik” və “mutulşikdir.” Yox əgər hamısı belədirsə onda müraciətlərə özü baxsın. Özü də özünə xəyanət edən deyil ki? Deməli, müraciətlərə baxmaq kimi bir həvəsi və marağı yoxdur.
İslamı bəyənməyən bu cür tiplər sanki mağarada, dağ başında, yaxud daş dövründə yaşayır. Belə də ki, niyə də onun saytına kimsə baxmalıdır ki? Zəhmət çək, özün aç məktubları oxu. Oxumursansa telekanalizasiyadakı nəcasəti yığışdır, yazıq xalq gəlib hərəsi 2 dəqiqə öz dərdini danışsın. Bunu da bacarmırsansa yutubu aç camaatın dərdlərini dinlə. Nəhayətdə mağarada yaşamırsan axı.
  • Yazılıb
  • da (də) 2019 Nov 16
  • Göndərən جهان کمالی