Tarix : 2019 Nov 17
Kod 59091

Tehran və Bakı elmi və mədəni həmkarlıqların genişləndirilməsini vurğulayıblar

Tehran və Bakı elmi və mədəni həmkarlıqların genişləndirilməsini vurğulayıblar
  • Arannews-iranın İslami mədəniyyət və əlaqələr təşkilatının sədri və Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti iki ölkənin elmi və mədəni həmkarlıqların genişləndirilməsini vurğulayıblar.

Əbuzər Ebrahimi Torkəman bu gün Bakıda Ramiz Mehdiyev ilə görüşdə iki ölkənin səmimi əlaqə və münasibətlərinə toxunaraq, deyib: İran və Azərbaycan Respublikası xalqları arasındakı dərin bağlılıq daim qarşılıqlı həmkarlıqların genişləndirilməsinə şərait yaradıb və düşmənlər bu dərin bağlılığa xələl gətirə bilməzlər.

Ebrahimi Torkəman həmçinin bu görüşdə elm, mədəniyyət və mənəviyyata diqqətə və ifratçılıqdan çəkinməyə təkid edib.

Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti də İran və Azərbaycan Respublikasının bir çox mədəni ortaqlıqlaına işarə edərək, iki ölkə mütəfəkkirlərinin fikir mübadilələrini zəruri adlandırıb.

Mehdiyev iki ölkə prezidentlərinin hərtərəfli əməkdaşlıqların genişlənməsinə olan iradələrinə işarə edərək, Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində ikitərəfli həmkarlıqları genişləndirməyə hazır olmasından xəbər verib.

  • Yazılıb
  • da (də) 2019 Nov 17
  • Göndərən جهان کمالی