Türkiyənin xarici işlər naziri Avropa və ABŞ-ın Türkiyənin hərbi əməliyyatlarına və Suriyanın şimalına dair razılaşmaya yaxınlaşmasını kəskin tənqid edib.
Arannews-Parstoday-a istinadən verdiyi xəbərə görə, çərşənbə axşamı Mövlud Çavuşoğlu verdiyi bəyanatı zamanı, Vaşinqtonla Suriyanın şimalına dair ikitərəfli razılaşmanın bəzi hallarda pozulduğunu və bu barədə ABŞ tərəfinə məlumat verildiyini deyib. Çavuşoğlu bu barədə Brüsseldə NATO zirvə görüşündə ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Türkiyənin xarici işlər naziri, ABŞ ilə razılaşmanın bütün məqamlarının yerinə yetirilməli olduğunu da vurğulayıb. Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini satın almasına ABŞ-ın müdaxiləsinə işarə edən Çavuşoğlu, "Bu mövzuda hələ də fikir ayrılığı mövcuddur. Cümə günü Ankarada ikitərəfli görüş keçiriləcək”, - deyə bildirib.