Tarix : 2019 Nov 23
Kod 59093

Hizbullah: “ABŞ Livandakı hərəkatlardan sui-istifadə etmək istəyir”

Livanın Hizbullah hərəkatının İcra Şurasının sədr müavini Şeyx Əli Damuş Beyrutda təşkil olunan siyasi bir toplantıda, ABŞ-ın və Livandakı qollarının xalq hərəkatlarından faydalanmağa və bu hərəkatları öz hədəflərinə yönəltməyə çalışdığının bildirib.

 Parstoday-a istinadən xəbər verir ki, Şeyx Əli Damuş çıxışında bunları deyib: “Bu məqsədlərin əvvəlində, iqtisadiyyatı xilas etmək bəhanəsiylə kabinetin siyasi quruluşunu dəyişdirməkdir. Amerika üçün bu məqsədlərə nail olmaq, sərhədlərin İsrail rejiminin şərtlərinə uyğun formalaşması, Amerika şirkətlərinin xeyrinə neft çıxarılması, müqavimətin silahları mövzusunda iddia açılması və müqavimətin siyasi və ictimai sahədə təcrid edilməsi kimi, bir sıra siyasi məqsədlərə çatmaq üçün bir başlanğıcdır.

Etirazçıların ictimai, iqtisadi və dolanışıq kimi haqlı tələbləri Hizbullahın gündəmindədir və Hizbullah, bu tələblərin reallaşması üçün küçələrə çıxanlarla, Livan xalqının maraqlarına zidd siyasi layihələr olaraq küçələrə çıxanları ayırır.

Əvvəldən tələblərin haqlı olduğunu bildirdik və bu hərəkatların siyasiləşməsi ilə bağlı xəbərdarlıq etdik və xalqın fəryadına və tələblərinə cavab verməsi üçün təzyiq etdik. Əgər hökumət istefa etməsəydi, islahat paketlərinin maddələri xalqın təzyiqi altında müəyyən bir vaxtda tətbiq oluna bilərdi, amma hökumətin istefası, livanlıların vaxtlarını boşa xərclədi və islahat paketlərinin tətbiq olunmasını dayandırdı.

Livan parlamentinin tətil edilməsi, təşkilatların işlərinin iflic olması, küçələrin bağlanması və ölkədə xaos mühitinin yaradılması, mövcud siyasi mühiti dağıtmaq və hökumətin qurulması mövzusunda şərtlər ortaya qoymaq üçün təzyiq etmək istiqamətində reallaşmışdır.

Daha çox maarifləndirmə tələb edən yeni bir mərhələ ilə üzləşmişik. Bundan başqa daha çox səbrə və dayanıqlılığa ehtiyacımız var. Hizbullahın Livana xidmət etmək üçün istifadə etdiyi bir çox güc faktoru var və narahat olacaq heç bir şey yoxdur. Düşmən döyüş və fitnə çıxararaq əldə edə bilmədiyi şeyi siyasətlə də ala bilməyəcək”.

  • Yazılıb
  • da (də) 2019 Nov 23
  • Göndərən جهان کمالی