Dörd il bundan əvvəl 26 noyabr 2015-ci il və İmam Hüseynin (ə) Ərbəini günlərində bir acı xəbər Qafqaz mediaları və mətbuatının başlığına çevrildi. Xəbər belə idi: “Bakı polisi zibil daşıyan maşınlarla Nardaran qəsəbəsində şiələrin Xanım Rəhimə (ə) hərəminin yanında yerləşən məscidinə hücum etdi, İmam Hüseyn (ə) Ərbəini əzadarlarını və Nardaran möminlərini şəhid etdi və yaraladı.”
AranNews – Dörd il bundan əvvəl 26 noyabr 2015-ci il və İmam Hüseynin (ə) Ərbəini günlərində bir acı xəbər Qafqaz mediaları və mətbuatının başlığına çevrildi. Xəbər bu idi: “Bakı polisi zibil daşıyan maşınlarla Nardaran qəsəbəsində şiələrin Xanım Rəhimə (ə) hərəminin yanında yerləşən məscidinə hücum etdi, İmam Hüseyn (ə) Ərbəini əzadarlarını və Nardaran möminlərini şəhid etdi və yaraladı.”
Acı bir xəbər idi, sanki zaman geri qayıtmışdı; 1991-ci ildən qabağa, kommunizm hakimiyyəti dövrünə. O günlərə ki, heç bir dindar hətta öz evində də dini mərasim icra edə bilmirdi. O günlər şiələr İmam Hüseynə (ə) əzadarlıq etmək üçün yaxınlarından birinin vəfat etməsinə qədər gözləyirdilər ki, onun vəfatını bəhanə edərək bəşərin nicat gəmisi, həzrət İmam Hüseynə (ə) matəm saxlasınlar.
Xəbər doğru idi. Əksəriyyəti şiə olan müsəlman bir ölkədə Bakının siyasi və hərbi qüvvələri ölkə xalqının etiqadını və reallıqları nəzərə almadan indiyə kimi heç bir don geyindirə bilmədiyi namərd bir addım atmışdı.
Nardaran hadisəsi Ərbəin piyada yürüşü günlərində baş verdi. Həmin günlər Hacı Taleh Bağırov ona qarşı olunan təzyiqlərə və dövlətin anti-din hərəkətlərinə görə Nardarana sığınmağa məcbur olmuşdu. Belə bir şəraitdə o, xaos və iğtişaş yaranmasını istəmirdi. Halbuki, onu iğtişaş yaratmaqda ittiham edərək, ədalətsizliklə həbs etdilər.
Nardaran Azərbaycan Respublikasında tək məntəqədir ki, onun küçələri 14 məsumun (ə) adını daşıyır. Nardaran tək məntəqədir ki, Səddam İranı bombalayanda onun nəcib və sevimli əhalisi ürəkdən narahat oldu, İran müsəlmanları üçün dua etdi.
Azərbaycan Respublikasında dindarlara qarşı repressiyalar 1997-ci ildə Azərbaycan hökumətinin sionist rejimlə beyət etməsinin aşkar olmasından, müsəlman xalqın bu məsələni başa düşməsindən sonra başladı. Sionistlər Suriya və İraq hadisələrindən illər öncə Azərbaycan Respublikası müsəlmanlarına diqqət yönəltmiş, zirək planlarla onlara qarşı son dərəcədə təzyiqlər üzərində işləmiş, Azərbaycan Respublikasında şiə simvolu olan Nardaranı və ölkənin bu məntəqəsində şiəliyi zəifləndirməyə təlaş etmişdilər. Onlar Nardaranı zəifləndirməyi bu ölkədə şiəliyi zəifləndirmək bilirdilər. Bu üzdən də Arazın şimal və cənub qardaşları arasında düşmənçilik və təfriqə yaratmaq üçün planlar cızdılar.
Sionizm müsəlmanların düşməni və Qüdsün işğalçısıdır. Dünyanın hər yerində bütün münasibət və işlərini elə tənzimləyir ki, hər hansı iştirak, müamilə və məsləhətləşmədə İslamın torpağı, canı və namusuna tamahını nümayiş etdirə bilsin.
Qondarma və məşum İsrail rejimi bir gün Amerikanı sağır, başqa bir gün geri qalmış ərəb şeyx və başçılarını, bir gün ifratçı sələfi-vəhabi və cahil millətçilərin belinə minərək fitnə yaradır, bir gün dost geyimində özünü göstərir. Halbuki, yer və zaman onun uşaq qatili olduğuna, rəzilliyinə və işğalçılığına şahidlik edir. Qarabağın azadlığından dəm vurur, Xocalı soyqırımı matəmində timsah göz yaşı axıdır.
İllərdir ki, sionistlər vəhabi və millətçilər kimi ifratçıların müttəfiq və hamisinə çevrilmişdir. Bu ittifaqın səbəbi onların şiə və məsum imamların (ə) ardıcıllarına qarşı olan düşmənçiliyindən başqa bir şey deyildir.
Azərbaycan dövlətinin balans siyasəti əgər bu ölkə üçün bir xəbəri olsaydı (əlbəttə ki, yoxdur), sionist rejiminə yaxınlaşmaq və nəhs osminoqun ölkənin iqtisadi, siyasi və hərbi sahələrdə hüzur və nüfuzunu Azərbaycan Respublikasının şərəfli xalqının zərərinə olduğunu görərdi. Bu hüzur və nüfuz 2015-ci ildə Nardaran hadisəsi və bir çox digər hadisələrə səbəb olmuşdur. Hətta bəzən bu hüzurun saysız maddi və mənəvi zərərlərinin əvəzini çıxmağa macal olmaz.
Nardaran hadisələrində azəri şiə qardaşlardan Əkbər Babayev, Sarvan Səfərov, Rafail Bünyadov və Fərahim Bünyadov şəhid oldular. Hətta o iki dövlət polisini də şəhid adlandırmaq və onların şəhadətini nardaranlı qardaşların şəhidliyindən də məzlumcasına olduğunu demək olar. Çünki özləri də dindar olan bu iki polis əməkdaşından Nardaran əhalisinə qarşı tələ yemi kimi istifadə olundu və onlar da sionistlərin fitnəsinin qurbanı oldular.
Nardaranda baş verən bu acı hadisə ilə bağlı çoxlu suallar cavabsız qaldı. Bu sualların cavabını sionistlər və hadisənin səbəbkarları yaxşı bilirlər. Çünki hadisəni onlar planlaşdırmışdı:
Nə üçün təhlükəsizlik əməkdaşları o gün zibil maşınları ilə Nardarana girdi?!
Əgər təhlükəsizlik məmurları kifayət qədər fakt və sübutla Nardaranda müttəhim ardınca idilərsə, onu polis maşınları ilə aparmalı idilər, daha zibil maşınında gizlincə Nardarana daxil olmamalı, Nardaranın əzadarlıqla məşğul olan camaatı əleyhinə sənəd düzəltmək üçün öz polis əməkdaşlarını öldürməməli, əzadarlıq edən və camaat namazına toplaşanları şəhid etdikdən sonra Hacı Taleni həbs etməməli idilər.
İmam Hüseyn (ə), Aşura, Ərbəin və Məhdinin (əc) intizarını dünyanın heç bir yerində heç bir şiədən ayırmaq mümkün deyildir. Nardaran əhalisinə qarşı nə qədər təzyiq etsələr də, bu çətinliklər İmam Hüseynin (ə) müsibətləri ilə müqayisə olunası deyil, onlar öz məram və məsləklərindən əl götürməyəcəklər. Şiə hər bir vəziyyətdə özünü zəmanəsinin imamının məhzərində görür; ya azaddır və məzlumlara kömək etməkdədir, ya da azadlıq və etiqadına görə zindandadır və işgəncələr altında. Nardaran əhalisi bu iki təfəkkürlə yoğrulub və onların İslamdan uzaqlaşması mümkün deyildir.
9000 əhalisi olan Nardaran bütün Qafqazda tanınır. Onun belə tanınmasının səbəbi odur ki, bu diyarın qeyrətli və dindar kişi və qadınları istər rus çarlığı dövründə, istərsə də əsas devizləri anti-dinçilik olan kommunistlərin 70 illik hakimiyyəti dövründə ilahi hökmlərə əməl etməyə, dini adət-ənənələri yaşatmağa, halal-harama riayət etməyə inanclı olub və bu yolda hər bir işgəncəyə, təzyiqə dözüb, lakin özünün dini etiqadını itirməyib. Elə buna görə də həmişə hökumətlər onlara xor baxılıb, Nardaran camaatını adi yaşayış imkanlarından belə məhrum ediliblər.
Bu məntəqənin əhalisi dəflərlə həbs edilib və müxtəlif əsassız bəhanələrlə işgəncə olunub, cavanları dövlət idarələrində işləməkdən məhrum edilib, dəfllərlə işıq, qaz, telefon və s. kimi sosial və məişət imkanlarından məhrum edilib.
Azərbaycan Respublikası dövlətindən gözləntimiz budur ki, bu ölkənin müsəlman və şərəfli xalqı ilə qarşı-qarşıya gəlməkdənsə, sionist rejimlə əlbir olmaqdansa, ölkəni müxtəlif aspektlərdən sionist rejimdən asılı etməkdənsə, regiondakı xeyirxahları və qonşuları ilə müttəfiq olaraq Qarabağ münaqişəsini həll etsin, öz vətənlərindən köçkün düşmüş bir milyon insanı ata-baba yurduna qaytarsın. Qarabağı azad etmək üçün Azərbaycanın mömin və qeyrətli cavanlarına güvənməkdən, İslam dünyasının potensiallarından faydalanmaqdan başqa bir yol yoxdur. İslamçılara zindanda işgəncə verməklə, ölkənin şərqində (Xəzər dənizində) sionist rejim gəmilərini işə salmaqla, bu ölkənin qərbində Qarabağ azad olmayacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası hakimiyyəti Amerika və “İsrail” ilə əlaqələrin daha çox gücləndirməyə, dünya sionizmindən asılı olmağa can atır və bu müddətdə ölkə cəmiyyətinin axınının əksinə üzmüş, beləliklə bu diyarın məzlum şiələri dövlətin anti-din addımları ilə üzləşiblər. Belə ki, bu ölkənin altmışa yaxın tanınmış mədəni, dini və siyasi siması uzunmüddətli azadlıqdan məhrum edilərək zindana salınıb və həbsxanalarda müxtəlif növ mənəvi-fiziki işgəncələrə məruz qalmışdır.
Azərbaycan Respublikasının bir sıra mediaları və sosial şəbəkələri heç bir fakt və sənəd təqdim edə bilmədən İran İslam Respublikasının Nardaran hadisələrində müdaxilə etdiyini deyir. Vəhabi ünsürləri də Nardaran hadisələrindən suistifadə edərək öz təbliğatları ilə şiəliyi ifratçılıqda günahlandırdılar. Halbuki, şiələr tarix boyu sülh və dostluğun məzhəri olmuş, ədalətsevər olmuşdur. Dünyanın heç yerində iğtişaşa səbəb olmamış, əksinə terrorizm və ekstremizmlə mübarizə aparmış, bunu İraq və Suriyada İŞİD-ə qarşı mübarizə səhnəsində əməli şəkildə sübut etmişdir.
Sonda xatırladırıq ki, Qafqaz Müsəlmanları İdarəsinin şeyxi və sədri Allaşükür Paşazadə İslam Peyğəmbərinin (s) mövlud günü ilə eyni zamanda Bakıda keçirilən “Dünya dini liderlərin iclası” toplantısında Peyğəmbərdən (s) danışmadı və bacardıqca Bakı hakimiyyəti və kral Abdullahın mədəniyyətlər dialoqu mərkəzinə yaltaqlandı. Nardaran hadisələri günlərində də Ermənistanı müqəssir kimi tanıdaraq, dindarların və Əhli-beyt (ə) aşiqlərinin yanında dayanmaq əvəzinə xalqın haqqını qəsb edənlərin cərgəsində dayandı. Sanki bu şəxs İslam və islamçıları müdafiə etməkdə heç bir vəzifə daşımır. Məlum deyil ki, bu idarənin adı əvvəldən səhv olaraq Qafqaz Müsəlmanları İdarəsi qoyulub, yoxsa Allaşükür səhvən bu vəzifədə oturub!
Şeyx bir idarənin rəhbəridir ki, sabiq sovet hökumətinin dağılmasından sonra müəyyən şərtlərin daşıyıcısıdır və indiyə kimi onun varlığının səbəbinə ciddi baxış olmayıb. Allaşükür Paşazadə sanki kommunizm dövranı və tarix səhifələri arasında mübtəla olub, bəlkə də islamçıların haqlarını müdafiə etməyə cürəti yoxdur. Ola bilsin sonralar imkan olsa, bu idarəni və onun passiv yanaşmasını daha ətraflı tanıdacağıq.
Ötən üç ildə Bakı siyasətçiləri Nardaran hadisələrində şəhid olanlara anım mərasimi keçirilməsinə mane oldu. Deyilənlərə görə, bu il də Daxili İşlər Nazirliyi təhdid edib ki, Nardaranın 26 noyabr şəhidlərinə anım mərasimi keçiriləcəyi surətdə, hətta bu mərasim ölkə qanunlarına uyğun keçirilsə belə, bu nazirliyin xüsusi polis qüvvələri onun qarşısını alacaq.