Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətindən xəbər var.
Arannews-Onun oğlu Əli Gülalıyevin sözlərinə görə, atası bu gün Amerikan xəstəxanasında palataya köçürülüb: “Vəziyyəti ağır olaraq qalır, təəssüf ki... Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər”.
Xatırladaq ki, Oqtay Gülalıyev ötən ayın 29-da, 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib.