Tarix : 2019 Nov 27
Kod 59106

Elçin Qasımlı və daha bir MBH üzvü Polis İdarəsinə çağrıldı - Yeniləndi

Müsəlman Birliyi Hərəkatının sədr əvəzi Elçin Qasımlı və MBH üzvü sərbəst buraxılıb.

Arannews-Bu barədə MBH-nin mətbuat xidmətinin məlumatında bildirilir: 

"Saat 11:30-da əldə etdiyimiz məlumata görə, hər iki şəxs sərbəst buraxılıblar. Elçin Qasımlı bildirib ki, onlarla aparılan danışıqlarda belə tədbirlərin keçirilməsinə icazə verilmədiyi vurğulanıb. Ev sahibinə isə xəbərdarlıq olunub ki, analoji hal baş verərsə ona cinayət işi açılacaq".

10:23

Müsəlman Birliyi Hərəkatının sədr əvəzi Elçin Qasımlı yenidən Polis İdarəsinə çağrılıb.

Bu barədə Müsəlman Birliyi Hərəkatının mətbuat xidməti məlumat yayıb.

Məlumatı olduğu kimi təqdim edirik: 

"Dünən (26 Noyabr) Nardaran hadisəsinin ildönümü ölkə və onun hüdudlarından kənar qeyd olundu. Heç şübhəsiz ki, öldürülən şəxslər Müsəlman Birliyi Hərəkatının üzvü olduğu üçün hərəkat üzvləri qapalı məkan, Maştağa qəsəbəsində fərdi evlərin birində hadisə qurbanlarını anım üçün toplanıblar. Şəhidlərin ruhuna Quran oxunub ehsan verilmək kimi amacı olan MBH üzvüləri növbəti polis müdaxiləsi ilə üzləşiblər. Əraziyə silahlı polis işçiləri gələrək mərasimin dayandırılmasını tələb ediblər. Belə bir halın heç bir hüquq müstəvisinə sığmadığını bildirən hərəkat mənsubları hər hansı insidentin yaşanmaması üçün məclisi saxlayaraq oranı tərk ediblər.
Əraziyə gələn çoxsaylı polis işçilərinə nəzarət edən polis nəfərlərindən biri MBH sədr əvəzi Elçin Qasımlı və ev sahibinə bu gün (27 Noyabr) səhər 10-da Sabunçu Rayon Polis İdarəsinə dəvət ediblər. Əldə etdiyimiz məlumata görə hər iki şəxs hal hazırda polis idarəsindədir. Biz hadisəni nəzarət altında saxlayırıq və yeni məlumatlar olunca siz oxuculara bu barədə xəbər verəcəyik".

  • Yazılıb
  • da (də) 2019 Nov 27
  • Göndərən جهان کمالی