Tarix : 2019 Nov 28
Kod 59107

ABŞ-ın üç böyük rəqibi olan İran, Rusiya və Çindən ORTAQ HƏRBİ ADDIM

İran dövləti Rusiya və Çin ilə birlikdə Hind okeanında ortaq hərbi təlimə hazırlaşır.

Arannews-IslaminSesi-nin məlumatına görə, bu açıqlamanı “Dəniz Qüvvələri Günü” münasibəti ilə keçirdiyi mətbuat konfransında çıxış edən İranın Dəniz Qüvvələri komandanı, kontr-admiral Hüseyn Xanzadi verib.

Xanzadi hərbi təlimlərin Hind okeanının şimalındakı Oman dənizində keçirilməsinin planlaşdırıldığını, ilkin hazırlıq mərhələsinin artıq başa çatdığını bildirib.

Xanzadi Birləşmiş Ştatların hazırda İrana qarşı birbaşa təhdid yaratmadığını, lakin vəziyyəti gərginləşdirməyə çalışdığını söyləyərək əlavə edib: “Amerikalılar bir xəta etsələr, İran Silahlı Qüvvələrinin güclü cavabı ilə qarşılaşacaqlar”.

Xanzadi aprel ayında verdiyi açıqlamada da Rusiya və Çin ilə üçlükdə hərbi təlim keçirəcəklərini bildirmişdi

  • Yazılıb
  • da (də) 2019 Nov 28
  • Göndərən جهان کمالی