Tarix : 2019 Nov 30
Kod 59111

Ayətullah Amili: Azərbaycan Respublikasının dəmir yolunun Muğana birləşməsi ilə məntəqədə dəyişiklik yaranacaq

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi həzrət Ayətullah Seyid Həsən Amili deyib: “Azərbaycan Respublikasının dəmir yolunun Muğana birləşməsi ilə məntəqədə dəyişiklik yaranacaq.”

Arannews-Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi həzrət Ayətullah Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində İran və Azərbaycan Respublikası arasında dəmir yolu tranziti sahəsində əldə edilən razılaşmaya toxunaraq deyib: “İran və Azərbaycan Respublikası üçün müstəsna bir imkan yaranmışdır. Azərbaycan dövləti Ərdəbil əyalətinin təklifi ilə Azərbaycan Respublikasının dəmir yolunu bizim sərhədlərimizə ən yaxın yer olan Muğanda davam etdirməklə bizim əyalətimizə daxil olmaq istəyir.

Onların dəmir yolunun Muğanla arası 8 kilometrdir. Bu məsafəni öz xərcləri ilə inşa etmək istəyirlər. Bu yol Muğanın daxilində 4 kilometr dəmir yolunu fırlanaraq Azərbaycan Respublikasına qayıdır. Bunun xərcini də Azərbaycan dövləti özü təmin edəcək. Burada müştərək yer kimi böyük bir sahə təyin olacaq. Bu müştərək yer yük terminalı olacaq. Beləliklə, bizim bütün məhsullarımız Rusiya və Avropaya çıxacaq. Onlar da öz yüklərini Bəndər-Abbasdan həmin yer vasitəsilə Azərbaycana aparacaq və ya buradan dünyanın müxtəlif yerlərinə, əsasən də Fars körfəzi ölkələrinə çatdıracaqlar.

Bu layihə işə düşsə, Muğan tamamilə dəyişəcək. Yük maşınları Muğana axışacaq və böyük həcmdə iş yerləri yaranacaq.”

Ərdəbil imam cüməsi əlavə edib: “Azərbaycan tərəfi son vaxtlarda Ərdəbil əyalətinə gəldi və bütün sərhəd ərazilərinə baxış keçirdi. Sonra onların mütəxəssisləri Muğanda bir yeri təyin etdilər. İndi işlərin hamısı həyata keçib; həm onlar, həm də İran tərəfi imza edib. Lakin bir sıra səbəblər üzündən hələ ki, Tehran cavab verməyib. Bu layihənin bizim əyalətimizin, xüsusilə də Muğan məntəqəsinin çox böyük məsləhətlərindən olmasına diqqət etməklə, biz bu layihəyə çox həssasıq.”

Ayətullah Amili vurğulayıb: “Mən siz əziz xalqdan istəyirəm ki, bütün gücünüzlə bu layihəni dəstəkləyin və onu dövlətdən tələb edin. Hörmətli dövlətə də deyirəm ki, çox tez bir vaxtda bu layihəyə müsbət cavab verin və son sənədləri imza edin. Bu layihə yenə də təxirə düşsə, mən onun təxirə düşməsinin əsas səbəbini və bu işə mane olanları camaata tanıdacağam.”

  • Yazılıb
  • da (də) 2019 Nov 30
  • Göndərən جهان کمالی