Höccətül-islam vəl-müslimin Seyid Şəhabəddin Hüseyni Nardaran faciəsi şəhidlərinin dördüncü ildönümü münasibətilə çıxışında deyib: “İslama çoxlu şəhid təqdim etmiş vilayətçi və qəhrəman Təbrizdən Nardaranın məzlum əhalisinə öz dəstəyimizi və həmrəyliyimizi elan edirik və deyirik ki, siz tək deyilsiniz.”
AranNews – Çərşənbə axşamı Təbrizin “Salari-Şəhidan” məscidində Nardaran şəhidlərinin dördüncü ildönümü münasibətilə mərasim keçirildi.
Qurani-kərimdən bir neçə ayənin tilavəti ilə başlanan mərasimdə Şərqi Azərbaycan Əyalətinin Vəqflər və Xeyriyyə İşləri üzrə İdarəsinin müdiri höccətül-islam vəl-müslimin Seyid Şəhabəddin Hüseyni çıxış etdi. Xətib 2015-ci ildə İmam Hüseyn (ə) Ərbəini günlərində Azərbaycan Respublikasında baş verən qanlı Nardaran hadisəsi və bu hadisədə 4 nəfərin şəhid olmasına toxunaraq dedi: “Nardaran şəhidləri Ərbəin günlərində imperializm amillərinin əli ilə şəhid olmuşdur. Aşuranın qırmızı inqilabı yolunda hərəkət etmək, zülm və fəsadın rüsvayçı yükü ilə barışmamaq, yaxşılığa dəvət və pislikdən çəkindirmək vəzifəsini icra etmək dünyanın hər yerində şiənin əsas xüsusiyyətlərindəndir.
Bugün əhalisinin çoxunu şiələr təşkil edən Azərbaycan Respublikasında şiələr məzlumdur və şəhidlər sərvəri İmam Hüseynin (ə) yolunu müdafiə etdikləri üçün məzlumcasına şəhid olurlar. Biz Təbrizin “Salari-Şəhidan” məscidində bütün şəhidləri, xüsusilə də Nardaran faciəsinin dörd şəhidini yad edirik. Çünki İslamın əziz Peyğəmbəri (s) buyurur ki, əgər bir məzlumun fəryadını eşitsəniz və ona kömək etməsəniz, müsəlman deyilsiniz. Bu şəhidlər Əba Abdullah Hüseyn (ə) məktəbinin yetirmələridir. Mədəniyyətini İmam Hüseyn (ə) mədəniyyətindən almış insanlar üçün coğrafi sərhədlər fərq yaratmır. Dünyanın hər harasında bir məzlum fəryad etsə, İmam Hüseynə (ə) sevgisi olan insan mütləq o məzluma kömək etmək istəyəcək və bu fəryadın Myanmadan, Yəməndən, Livandan, yaxud da bir zamanlar İranın bir hissəsi olmuş qonşu ölkədən gəlməsinin onun üçün bir fərqi yoxdur.
Bizim sözümüz coğrafi sərhədlər deyil. Bizim sözümüz bir ölkənin diplomatiyası və hakimiyyəti deyil. Bizim sözümüz İslam dünyasıdır. Bir İslam dünyası ki, onun əsasını qoyan coğrafi sərhəd tanımamışdır. İslam Peyğəmbəri (s) ondan elm kəsb etmək barədə soruşduqda buyururdu: Elmi öyrənin, hətta Çində də olsa.”
Seyid Şəhabəddin vəhabilik və İŞİD kimi sapınmış firqələrin yaranması və genişlənməsini imperializm və onlarında da başında Amerika və sionist rejimin planları, təlaşları adlandıraraq dedi: “Onlar xalis şiə təfəkkürünün qarşısında qondarma təfəkkür yaratmağa və şiənin məzlumluq fəryadını boğmağa səy edirlər. Biz bu mərasimi ona görə təşkil etmişik. Nardaran müsəlman hərəkatının sionist rejim və Amerika əleyhinə qiyam etdiyi ilk yer idi. Elə ona görə də sionistlərin böyük narahatlığına çevrilmişdi. 10 minlik şiə cəmiyyəti olan Nardaran çox məzlumdur. Bu dörd əziz şəhid də çox məzlumcasına şəhid oldu.”
Xətib şəhidləri müqavimət simvolu adlandıraraq dedi: “Müsəlmanların dünya imperializmi qarşısında dayanmasının və onu diz çökdürməsinin səbəb olan məsələ müqavimət, Allaha və Aşuraya iman oldu. İŞİD-lə mübarizə müsəlmanların müqavimətinin bariz nümunəsidir və bu müqavimət İŞİD-i tarix səhifəsindən məhv etdi.”
Höccətül-islam Hüseyni çıxışının davamında dedi: “Dünənə qədər Rzaxan kimi bir qrup İranda məscidləri bağlamaq, İmam Hüseynə (ə) əzadarlıq mərasimlərini tətil etmək, hicabı yasaqlamaq ardınca idi. Hələ də dünyada bəziləri Rzaxanın yolunu davam etdirir. Bəs indi dinlə mübarizə aparan Rzaxan haradadır? Kim təsəvvür edə bilərdi ki, Yəmənin kiçik bir qrupdan ibarət və ayaqyalın mübarizləri təpədən dırnağa kimi silahlanmış Ərəbistanı diz çökdürə bilər? Kim bilərdi ki, Livan Hizbullahı 4000 nəfərdən az bir qüvvə ilə sionist rejimin müasir silahlarla təchiz olunmuş ordusunun qarşısında müqavimət göstərə bilər? Müsəlmanların rəhbəri və müqtədası həzrət Ayətullah Xamenei həmin baxışla buyurdu ki, İsrail gələn 25 ili görməyəcək.”
Seyid Şəhabəddin şəhidlərin xatirəsinə həsr olunmuş bu kimi mərasimlərin keçirilməsini müqavimət cəbhəsinin təşviq və sevincinə səbəb olduğunu bildirdi: “Qurani-kərimdə şəhidlər ilahi nemətlərlə müjdələnib və keçmiş şəhidlər gələcək şəhidlərə müjdə verirlər ki, şəhidlik yolu müştaqların üzünə açıqdır.
Allahla müamilə edən və canını ixlasla təqdim edərək şəhid olan insan tarixdə həmişə diridir. Hətta ölkəsi və vətəni onu şəhid adlandırmasa da. Nardaran şəhidlərini və tarixin bütün şəhidlərini uca tuturuq.”
Höccətül-islam vəl-müslimin Seyid Şəhabəddin Hüseyni çıxışının sonunda Allah yolunda möhkəm dayananlara, xüsusilə də Azərbaycan Respublikasının mübarizlərinə, qələbə arzuladı, bu mərasimi təşkil edən Təbrizin mömin cavanlarına öz minnətdarlığını bildirərək dedi: “Vilayətçi və qəhrəman Təbrizdən, fateh sərdarlar, İslama şəhid mədənilər, şəhid qazilər, şəhid baqirilər, şəhid bakirilər və şəhid təcəllailər kimi böyüklər təqdim etmiş şəhərdən Nardaranın məzlum əhalisinə öz dəstək və həmrəyliyimizi elan edirik və deyirik ki, siz tək deyilsiniz.”
Xatırladaq ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis qüvvələri və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi qüvvələrinin 26 noyabr 2015-ci il Ərbəin əzadarlığı günlərində Nardaranın Şəhidlər hüseyniyyəsində namaz qılan və əzadarlıqla məşğul olan dindarlara vəhşicəsinə və gözlənilməz hücumu nəticəsində 4 nəfər şəhid olmuş və 10 nəfərdən çox dindar yaralanmışdır. Bu hadisədə onlarla slamçı, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri höccətül-islam Tale bağırzadə saxlanılıb və uzunmüddətli həbsə məhkum olunub.