Tarix : 2019 Nov 30
Kod 59113

Daxişi İşlər Nazirinin işdən çıxardığı polis əməkdaşları - SİYAHI

Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev işdən çıxarılıb.

Arannews-Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev işdən çıxarılıb.

Baku.ws xəbər verir ki, DİN yaydığı məlumatda açıqlayıb ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etdiyi, polis adına yaraşmayan hərəkətlərə yol verdiyi üçün Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Bu günə qədər Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin ərmi ilə xidmətdə yol verdiyi nöqsanlara və başqa hallara görə bir sıra polis əməkdaşları işdən çıxarılıb və vəzifədən kənarlaşdırılıb.

Müxtəlix KİV-lərdə Daxili İşlər naziri Vilayət Eyvazov və sabiq nazir, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik şurasının katibi Ramil Üsubov tərəfindən vəzifəsindən azad edilən polislərin bir qurpunu təqdim edirik:

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrinə əsasən,

1. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili (adı açıqlanmayıb) işlərində yol verdikləri ciddi nöqsanlara görə, tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.

2. Əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb.

3. Vətəndaş Quliyev Bulud İnqilab oğlunun Daxili İşlər Nazirliyinə şikayətindən sonra Bakı Şəhər Baş Polis idarəsində araşdırma aparılıb. Araşdırmadan sonra işində yol verdiyi ciddi nöqsanlara görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis Bölməsinin tədqiqatçısı, polis mayoru Əliyev Zamiq Elxan oğlu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

4. Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Sabiq Daxili İşlər naziri, general-polkovnik Ramil Üsubovun müvafiq əmrinə əsasən,

5. Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov işdən çıxarılıb. Onun işdən azad edilməsi DİN tərəfindən keçirilən xüsusi yoxlamalarla əlaqədar olub. KİV-in yazdığına görə, onun işdən çıxarılmasına səbəb işdə yol verdiyi nöqsanlar olub. R. Zalovun bir neçə dəfə yol qəza hadisələri törətməsi barədə mətbuatda məlumatlar yayılmışdı.

6. Salyanda baş verən dəhşətli cinayətdən sonra rayonun rəisi Təhmasib İbrahimov da vəzifədən azad edib. Nazir rayonda baş verən dəhşətli cinayətin illərlə gizli qalmasını rəisə bağışlamayıb.

7. Zaqatala rayon Polis Şöbəsinin müstəntiqi Turab Vaqif oğlu İsgəndərov tutduğu vəzifədən kənarlaşdırılıb. Qax-İlisu avtomobil yolunun Qarabulaq qəsəbəsi ərazisindən keçən hissəsində Turab Vaqif oğlu İsgəndərov idarə etdiyi "Toyota” markalı, 99 FL 066 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı qaz xəttinə çırpıb. Hadisə nəticəsində Qaxbaş və Ağçay kəndlərini təbii qazla təchiz edən 195 mm-lik qaz xətti sıradan çıxıb. İki kəndə təbii qazın verilməsində fasilə yaranıb.

  • Yazılıb
  • da (də) 2019 Nov 30
  • Göndərən جهان کمالی