Tarix : 2019 Dec 01
Kod 59115

Ərdoğan: “İsrail rejimi sülhü və bölgənin gələcəyini təhdid edir”

"Sionist rejim dünyanın və Qərbi Asiyanın gələcəyini təhlükə altına alıb", - deyə Türkiyə prezidenti, BMT Təhlükəsizlik Şurasının quruluşunu tənqid edib.

Arannews-Tashaio.com"un Parstoday-a istinadən verdiyi xəbərə görə, çərşənbə günü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ticarət və iqtisadi sammitində çıxış edən Rəcəb Tayyib Ərdoğan, BMT Təhlükəsizlik Şurasının yenidən qurulması çağırışını təkrarlayaraq, "BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında vahid müsəlman ölkəsi yoxdur", deyə bildirib.

Fələstinin işğalını və sionist rejimin cinayətkar fəaliyyətini tənqid edən Türkiyə prezidenti əlavə etmişdir: "İsrail rejimi fələstinlilərin həyat, əmlak və iş hüquqlarına hörmət etmir. Təl-Əvivin siyasəti bölgənin və bütövlükdə bəşəriyyətin gələcəyini təhdid edir. Bu, böyük bir səhvdir". Ərdoğan, işğal altında olan Qüdsü sionist rejimin paytaxtı kimi tanıyan və səfirliklərini Təl-Əvivdən bu şəhərə köçürməyə razılıq verən ABŞ və digər ölkələrə dolayı yolla xəbərdarlıq edib. Türkiyə prezidenti, islam aləminin birliyinin zəruriliyinə toxunaraq, müsəlmanlarin beynəlxalq təşkilatlarda passiv və gücsüzlüyünü və ədalətli şəkildə təmsil olunmamalarını deyib. Ərdoğan, həmçinin 15 martın Beynəlxalq İslamofobiyaya qarşı Gün kimi elan edilməsinə çağırıb.

  • Yazılıb
  • da (də) 2019 Dec 01
  • Göndərən جهان کمالی