Tarix : 2019 Dec 01
Kod 59117

Azərbaycan Respublikası və İranın şimal-qərbi üçün yeni su problemi yarana bilər

Türkiyənin 2020-ci ildə Qars əyalətində Araz çayı üzərində “Karakurt” su anbarı və elektrik stansiyasını istifadəyə verməsi Azərbaycan Respublikası və İranın şimal-qərb bölgələri üçün yeni su problemi yarada bilər.
AranNews – Türkiyədən gələn məlumatlara görə, Araz çayı üzərində Karakurt su anbarı və elektrik stansiyası inşa edilir. “Kars Manşet” saytının verdiyi xəbərə görə, Qars əyalətinin valisi Türker Öksüz deyib ki, bu su anbarının tikilməsi əməliyyatı Araz çayı üzərində ən böyük layihə olaraq icra edilməkdədir.
Türkiyə dövlətinin Su İşləri üzrə İdarəsi öz açıqlamasında bildirib ki, bu su anbarının gövdəsinin uzunluğu 142 metr, barajının uzunluğu 497 metr, ehtiyat suyunun həcmi 600 milyon kubmetrdir.
Araz çayı üzərində 2020-ci ildə istifadəyə veriləcək Karakurt su anbarı və elektrik stansiyasını İranın şərqi və qərbi Azərbaycan və Ərdəbil əyalətlərinin əkin sahələrini və bağlarını, habelə Azərbaycan Respublikasını su böhranı ilə üzləşdirəcək.
Türkiyə 1980-cı ildən yeni su anbarlarının inşası layihəsinə başlayıb. Bu layihələrdə məqsəd Dəclə və Fərat çaylarının daşqınlarının qarşısını almaq idi. O vaxt güclü hakimiyyətlərə malik Səddam Hüseyn və Hafiz Əsəd bunu Türkiyə dövlətinə icazə vermədi. Lakin İraqın İrana qarşı 8 illik müharibəsi, Küveyti işğal etməsi və Amerikanın İraqa hücumu, İraqın İŞİD və Əl-Qaidə terror qrupları ilə müharibələri Bağdad dövlətinin zəifləməsinə səbəb oldu. Beləliklə Türkiyə Bağdadın mərkəzi dövlətinin zəifləməsindən və Suriyada terror cərəyanlarından istifadə edərək böyük həcmdə kredit götürərək Dəclə və Fərat çayları üzərində 22 su anbarı inşa etdi.
Türkiyə ötən 30 ildə Fərat və Dəclə çayları üzərində 22 su anbarı və 19 su-elektrik stansiyası kimi böyük və kiçik layihələr icra etmişdir. Bular ümumilikdə “Anatolu cənub-şərq layihəsi” adlanır.
Dəclə və Fərat çayları üzərində yerləşən ölkələrin Türkiyənin bu hərəkətinə beynəlxalq su qanunlarına zidd olduğu üçün etiraz etmələri də Ankara dövləti tərəfindən diqqətə alınmır. Türkiyənin su anbarları tikməsi nəticəsində İraq su böhranı ilə üzləşmişdir və ötən illərdə su böhranı İraqda düyü əkilməsinin qadağan olmasına və əkinçilərin öz sahələrini tərk etməsinə səbəb olmuşdur. 1992-ci ildə Türkiyə dövləti Fərat üzərində “Atatürk” böyük su anbarını istifadəyə verdi. İranın 650 su anbarına bərabər olan bu bəndin istifadəyə verilməsi İranın qərbində tozun meydana gəlməsinə və İraqda səhralaşmanın genişlənməsinə səbəb oldu. İlisu su anbarına su toplandığı vaxt İraqın şimalından yayılan görüntülər göstərir ki, Dəclə çayının İraq hissəsində çayın dibi görünür və Bağdadda uşaqlar suyun dayazlaşmasına görə Dəclənin ən dərin yerində oynayırlar.
Türkiyə su anbarı tikmək layihələrini beynəlxalq xəbərdarlıqlara və Suriya, İraq, Azərbaycan və Ermənistan kimi qonşularının ətraf mühitinə hansı təsirlər qoyacağına əhəmiyyət vermədən irəli aparır. Ona görə də bu ölkələr ekoloji bir faciənin qarşısını almaq üçün praktik və çox ciddi tədbirlər görməlidir.
  • Yazılıb
  • da (də) 2019 Dec 01
  • Göndərən جهان کمالی