Tarix : 2019 Dec 01
Kod 59118

Altı Avropa ölkəsi İranla ticarət mexanizmi – İNSTEX-ə qoşuldu

Avropa İttifaqı və İran arasında ödənişlər və ticarət üçün nəzərdə tutulan “INSTEX” mexanizminə 6 ölkə qoşulub.

Arannews-Belçika, Danimarka, İsveç, Finlandiya, Norveqiya və Niderlandın birlikdə açıqlamasında bu haqda məlumat verilib.

Açıqlamada qeyd olunur ki, bu 6 Avropa ölkəsi İranla ödənişlər və ticarət sistemi olan – “INSTEX” mexanizminə qoluşma ərəfəsindədirlər.

Fransa, Almaniya və Böyük Britaniya ABŞ-ın İranla nüvə sazişindən çıxmasından sonra “INSTEX” mexanizmini yaradıblar. Bu mexanizm ilk öncə ödənişlər üçün nəzərdə tutulsa da, sonradan ticarət də mexanizmə salınıb.

İsrail mediası  “INSTEX” mexanizminin işə düşməsinin ilk etapında İrana səhiyyə avadanlıqları, dərmanlar və kənd təsərrüfatı məhsullarının gətiriləcəyini yazıb.

  • Yazılıb
  • da (də) 2019 Dec 01
  • Göndərən جهان کمالی