Təbriz imam cüməsi bu həftənin cümə namazında Nardaran hadisəsi şəhidlərinin iddönümünə işarə edərək bu şəhidlərin ruhlarının şad olması üçün dua edib.
AranNews – Höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Ali-Haşim Təbrizin bu həftəki cümə namazı xütbələrində Rey şəhərində dəfn olunmuş Əbdüləzim Həsəninin həyatına işarə edib, tarixin yazdığına görə onun din yolunda diri-diri dəfn olunaraq şəhid edildiyini deyib.
İmam cümə xütbəsinin digər hissəsində Azərbaycan Respublikası Nardaran hadisəsi şəhidlərinin ildönümünə işarə edərək onların ruhlarının şad olması və fələstinlilərin qalib gəlməsi üçün dua edib.