Tarix : 2019 Dec 04
Kod 59128

Məmmədov Gürücüstanda ən populyar ikinci soyaddır

Məmmədov və Əliyev soyadları Gürücüstanda ötən il olduğu kimi bu il də ən populyar soyadların arasında yer alıb.
Arannews-Ahlibeyt.ge xəbər verir ki, bu, Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin statistik göstəricilərindən məlum olub.

Hazırda ölkədə Məmmədov soyadını 13 814, Məmmədova soyadını isə 12 931 nəfər daşıyır. Azərbaycanlılara məxsus bu soyad Gürcüstanda həm kişilər, həm də qadınlar arasında ikinci ən geniş yayılan familiyadır.

Gürcüstada Əliyev soyadlı 9 031, Əliyeva soyadlı isə 8 918 nəfər yaşayır. Əliyev populyar kişi soyadları arasında dördüncü, Əliyeva isə populyar qadın soyadları arasında beşinci yeri tutub.

Gürcüstanda ən çox rast gəlinən soyadların siyahısına yenə də Beridze başçılıq edir. Bu familiyanı daşıyanların ümumi sayı 29 412 nəfər təşkil edir.
  • Yazılıb
  • da (də) 2019 Dec 04
  • Göndərən جهان کمالی