Tarix : 2019 Dec 04
Kod 59130

Paşinyan erməni nümayəndə heyətini Bakıya göndərir

Ermənistan Baş naziri Nikol Paşinyanın qərarıyla Ermənistan nümayəndə heyəti Azərbaycana gələcək.

Arannews-Axar.az xəbər verir ki, Bakıya səfər edənlər sırasında Ermənistanın İnfrastruktur və Ərazi İdarəetməsi nazirinin müavini Armen Simonyan, bu nazirliyin Avtomobil Nəqliyyatı Siyasəti Departamentinin Texniki siyasət şöbəsinin rəisi Arman Karapetyan, Ermənistan Xarici İşlər Nazirliyinin Çoxtərəfli siyasət və inkişaf sahəsində əməkdaşlıq departamentinin müşaviri Artyom Aznauryan olacaq.

Nümayəndə heyəti Bakıda dekabrın 4-dən 7-nə qədər olacaq və TRASEKA iclasında iştirak edəcək

  • Yazılıb
  • da (də) 2019 Dec 04
  • Göndərən جهان کمالی