İnanclı Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin həmsədrləri, Repressiya və İgəncələr Əleyhinə Komitənin üzvləri Eldəniz Quliyev və Rövşən Əhmədli Qobustan Qapalı həbsxanasında siyasi məhbus, Azərbaycan İslam Partiyasının (AİP) lideri hacı Mövsüm Səmədov, eləcədə “Müsəlman Birliyi Hərəkatı” nın sədri Tale Bağırzadə və “Nardaran Məhbusu” Cabbar Cabbarlı ilə görüşüblər.
Arannews-Bu barədə – nə Eldəniz Quliyev məlumat verib. O, bildirib ki, Hacı Mövsüm Səmədovun, eləcə də adları çəkilən digər siyasi məhbusların əhval - ruhiyyəsi həmişə olduğu kimi yüksəkdir : “Hacı Mövsüm Səmədovun azca qaraciyərindən şikayəti var idi. Biz həbsxana rəhbərliyi ilə danışdıq və onun müalicəsi üçün həkimlə təminatına söz verdilər”.
Eldəniz Quliyev, Doktor Səmədovun azadlıqda olan bütün mübariz insanlara salam göndərdiyini diqqətə çatdırıb: “ Hacı Mövsümün mübarizə əzminin azadlıqdakı insanlardan daha çox olduğunu müşahidə etdik. İnformasiyanı əsasən televiziyalardan və “Yeni Müsavat” qəzetindən əldə etsə də, ölkədə baş verən prosesləri özü analiz edib nəticə çıxarır. Saxlanma şəraitindən narazılığı yoxdur. Ailəsi ilə görüşə icazə verilir və problem yaradılmır”.