Tarix : 2019 Dec 04
Kod 59136

Tehran və Bakı əlaqələrin genişləndirilməsi istiqamətində müsbət addımlar atıblar

İran İslam Respublikasının prezidenti deyib: İran və Azərbaycan Respublikası ötən illərdə ikitəfəli əlaqələrin daha da genişləndirilməsi istiqamətində son dərəcə müsbət addımlar atıblar.
Arannews-ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən axşam Tehranda Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev ilə görüşdə əlavə edib: Müştərək layihələr sahəsində əməkdaşlığın genişləndirilməsi, ikitərəfli əlaqələrin genişləndirilməsinə təkan verəcəkdir.

İran İslam Respublikasının prezidenti söyləyib: İran Xəzər dənizində neftin çıxarılması və bu sahədə kəşfiyyat əməliyyatlarını ciddi surətdə izləyir.

Şahin Mustafayev də Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İran prezidentinə ünvanlanmış müraciətini təqdim edərək, deyib ki, Tehran-Bakı həmkarlıqları müxtəlif sahələrdə inkişaf edibdir.

Azərbaycan Respublikasının baş nazir müavini əlavə edib: İran və Azərbaycan Respublikasının ticarət mübadilələri həcmi 2014-cü ildən bəri üçqat, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən iranlı şirkətlərin sayı ötən bir ildə əlli faiz artıbdır.
  • Yazılıb
  • da (də) 2019 Dec 04
  • Göndərən جهان کمالی