Yalnız o məlumdur ki, Robert Sedrak oğlu barədə yazılmış kitabı Artak Vardanyan adlı şəxs redaktə edib
Armenia Servisi/Aran Agentliyi
İrəvanda eks-prezident Robert Koçaryanın 10 illik hakimiyyəti dövrünə həsr edilmiş kitab işıq üzü görüb. «Ermənistan 1998-2007» adlı kitab «Tiqran Mets» nəşriyyatında çap edilib və orada Koçaryanın dövlət başçısı kimi göstərdiyi fəaliyyətinin ümumi xarakteristikası verilir. Müəlliflərin yazdığına görə, son 10 il ərzində Ermənistanın iqtisadi və siyasi həyatı barədə hələ çox kitab yazılacaq, indiki prezident Sarkisyan isə ola bilsin ki, daha yeni və təfərrüatlı nəşrlərlə ictimaiyyət qarşısına çıxacaq. Kitabda «Müəllifdən söz» olsa da, onun kimliyi açıqlanmır. Yalnız o məlumdur ki, Robert Sedrak oğlu barədə yazılmış kitabı Artak Vardanyan adlı şəxs redaktə edib. O da ki, Prezident Aparatının Protokol şöbəsinin müdiridir. Kitab 1500 nüsxədə çap edilib və bugündən Ermənistanın bütün köşklərində satışa çıxarılıb. Bir kitabın qiyməti 7500 dram, yəni 25 dollardır.