Arannews-Bunu İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi “Bakutel 2019” sərgisi çərçivəsində “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevlə görüşü zamanı bildirib.
Nazir qeyd edib ki, gələcəkdə iqtisadiyyatın böyük hissəsi kosmik sektorla bağlıdır: “Bu bazarda mövqeyimizin istehlakçı və ya istehsalçı olacağımızı təyin etməliyik”.
Bundan əlavə, iranlı nazir bildirib ki, İran Kosmik Agentliyi Azərbaycan Milli Aerokosmik Agentliyi ilə qarşılıqlı əməkdaşlıq üçün zəmin yaratmağa hazırdır.