Tarix : 2019 Dec 09
Kod 59147

Əhli-sünnə imam cüməsi: Nardaran şəhidləri Azərbaycanda müqavimət simvoludur

Hüseynabad şəhərinin imam cüməsi mamusta Əbdüssalam Məhəmmədi deyib: “Nardaran şəhidləri dini dəyərləri qorumaq üçün müqavimət göstərməklə Azərbaycanda dini dəyərlərin simvoluna və müqavimət rəmzinə çevrildilər.”

Arannews-Tashaio.com xəbər verir ki, Nardaran şəhidlərinin dördüncü ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən əhli-sünnə imam camaatı mamusta Əbdüssalam Məhəmmədi Azərbaycan Respublikasında müsəlmanlara dəstək verməyin vacibliyini vurğulayıb.

İmam cümə deyib: “Azərbaycanın müsəlman və məzlum xalqı İslam mədəniyyətini dirçəltmək, dini mərasimlər keçirmək və dini təlimlərə riayət etmək istədiklərinə görə, bugün sekular hökumətin bərk təzyiqləri altındadır. Halbuki, bəhailik, vəhabilik və ateizm kimi anti-din təfəkkürlərin təbliğatı üçün yol açıqdır. Bu kimi anti-din cərəyanların Azərbaycanda sərmayə qoyması, uşaq qatili sionist rejimin birbaşa dəxaləti, qərb kəşfiyyat xidmətlərinin fəaliyyət və təbliğatı, habelə onların maddi-mənəvi mənbələrinin köməyi ilə Azərbaycanın sekular hökuməti bu ölkənin müsəlmanlarını baykot və soyqırım etmək niyyətindədir. Bütün bu zülmkarlıqlar şiə müsəlmanlarının kimliyini əlindən almaq, onları dini təlimlərdən və Aşura azadlıq inqilabından uzaqlaşdırmaq məqsədilə baş tutur.”

Mərasimin xətibi çıxışının digər hissəsində dünyanın hər bir yerində məzlum müsəlmanlara dəstək verməyi hər bir müsəlmanın və islami hökumətlərin vəzifəsi adlandırıb, İslam dünyası elit və mütəfəkkirlərini məzlumları müdafiə etməyə çağırıb.

Əhli-sünnə imam cüməsi çıxışının sonunda deyib: “Qarabağ müharibəsində və Nardaran hadisəsində həm regional, həm də beynəlxalq səviyyədə xəbərlərin baykot olunduğunu, yerli mediaların, hətta regional mediaların hadisəyə xüsusi siyasi istiqamət verməsinin şahidi olduq. İslam İnqilabının müqəddəs hakimiyyəti və İran xalqının məzlum Qarabağ əhalisinə və Azərbaycan Respublikası müsəlmanlarına dəstəyi İslami İran ölkəsinin dini irqini nümayiş etdirir. Bu yol, şəhidlər sərvəri İmam Hüseynin (ə) uca yoludur. Biz ümid edirik ki, Qarabağ və Azərbaycanın məzlum müsəlmanları Aşura hərəkatına və dini dəyərlərə söykənməklə öz islami izzət və səadət yolunu davam etdirəcəklər. Bunu da vurğulayım ki, digər müsəlmanların həmrəylik və dəstəyini tələb edən bu yolda İranın əhli-sünnə camiəsi və Kürdüstan Təriqət Əhli Alimləri Birliyi də Azərbaycanın məzlum müsəlmanlarına öz dəstək və həmrəyliyini elan edir və bu yolda heç bir təlaşını əsirgəməyəcəyini bildirir.”

  • Yazılıb
  • da (də) 2019 Dec 09
  • Göndərən جهان کمالی