Tarix : 2019 Dec 09
Kod 59148

Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq - Saakaşvili

Əgər Ukrayna danışıqlarda məğlub olsa, bu, Ukrayna ilə birlikdə hamımızın məğlubiyyəti olacaq.

Arannews-Axar.az xəbər verir ki, bunu Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Parisdə keçiriləcək "Normand dördlüyü"nün görüşü ilə bağlı açıqlamasında deyib.

Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin mövqeyini dəstəklədiyini bildirib.

“Mən onun motivasiyasını anlayıram. Bu, övladlarını itirə biləcək Ukrayna analarının, təhlükəsizliyi haqda düşünən hər bir insanın motivasiyasıdır”, - Saakaşvili qeyd edib.

Saakaşvili bu danışıqlarda Ukraynanın uğur qazanması üçün hər kəsi dua etməyə çağırıb.

  • Yazılıb
  • da (də) 2019 Dec 09
  • Göndərən جهان کمالی