Tarix : 2019 Dec 10
Kod 59156

Azərbaycanın tanınmış ruhanisi: İranın Qarabağla bağlı rəsmi mövqei İslam İnqilabı Böyük Rəhbərinin sözləridir

Azərbaycan Respublikasının tanınmış ruhanisi Hacı İlqar İbrahimoğlu deyib: “İran İslam Respublikası və onun da başında həzrət Ayətullah Xamenei dəfələrlə Qarabağ barədə öz mövqeini elan etmişdir və “Qarabağ İslam torpağıdır” məşhur cümlə onundur.”

Arannews-Xəbər verir ki, Azərbaycan Respublikasının tanınmış ruhanisi, dini cəmiyyətin sədriA Hacı İlqar İbrahimoğlu bu gün “Musavat” saytının sual-cavab verlişinin qonağı olub. Verliş canlı olaraq yotub və feyzbuk vasitəsilə yayımlanıb. Verlişin mövzusu islam əxlaqı, islami yaşayış tərzi, camiənin qloballaşması, sekular dəyərlər, islami əxlaqı qorumağın yolları elan edilsə də, tamaşaçılardan birinin sualı Qarabağ və İranın Ermənistanla münasibətləri mövzularına toxunulmasına səbəb olub.

İslami əxlaqın izahında möminlərin öz namus və vətənini qorumağa həmişə hazır olmalarının zəruriliyini vurğulayan Hacı İlqar İbrahimoğlu tamaşaçılardan birinin İranla Ermənistanın münasibət saxlamasının səbəbi barədə sualına belə cavab verib:

“Bundan əvvəl də biz (Hacı İlqar) müxtəlif proqramlarda bu məsələyə toxunmuşuq. Təbiidir ki, siyasət səhnəsində əxlaqdan danışdıqda İranın da adı çəkilir. İran İslam Respublikası və onun da başında həzrət Ayətullah Xamenei İslam İnqilabının Böyük Rəhbəri kimi dəfələrlə Qarabağ məsələsi barədə mövqe bildirmişdir və “Qarabağ İslam torpağıdır” cümləsi də onundur. Habelə, Ayətullah Xamenie bir təqlid mərcəsi kimi fətva vermişdir ki, hər kəs Qarabağı müdafiə etmək yolunda həlak olsa, şəhiddir.”

İran və Ermənistan münasibətlərinə də toxunan tanınmış ruhani deyib: “İranın rəsmi mövqeini Ayətullah Xameneinin həmin cümlələri bilirəm və inanıram ki, İranda bütün qərarverici mərkəzlər, Xarici İşlər Nazirliyi, Məclis və s. Qarabağ mövzusu ilə bağlı həmin mövqedədirlər. Əgər onların mövqei bundan ayrı olsa, bizim üçün qəbuledilməzdir.”

Hacı İlqar izahının davamında Paşinyanın Tehran səfərində baş verənlərə də toxunaraq deyib: “Həmin səfərdə və Ararat klubunda baş verənlər bizim üçün qəbuledilməz idi, lakin Paşinyanın bu hərəkətləri və plakat üzərinə yazılmış şüar azərbaycanlılara qarşı təhqir hesab edilməsi və bizim qəlbimizi ağrıtmasından daha çox İran daxilində Ayətullah Xameneinin sözlərinə zidd idi.”

İranın Ermənistanla iqtisadi əlaqələrindən danışan icma sədri deyib: “Ermənistanla iqtisadi əlaqə bu ölkənin güclənməsinə səbəb olmasa, bəlkə də bunun iradı yoxdur. Necə ki, Türkiyənin də Ermənistanla bir sıra iqtisadi münasibətləri vardır.”

  • Yazılıb
  • da (də) 2019 Dec 10
  • Göndərən جهان کمالی