Tarix : 2008 Jul 18
Kod 5916

Türkiyədə PKK terrorçuları ilə qarşıdurmada daha 2 əskər şəhid oldu

Şırnakda isə Sırğalı dağında təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasındakı qarşıdurmada bir əskər şəhid olub. Onun cənazəsi Antalyaya göndərilib
Turkyə Servisi/Aran Agentliyi
   Türkiyənin Bingöl vilayətinin Gənc mahalının çölündə təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatının üzvləri arasında qarşıdurma olub. CNN Türk-ün məlumatına görə, təhlükəsizlik qüvvələrinin "Təslim ol" çağırışına terrorçuların atəşlə cavab verməsindən sonra yaranan silahlı toqquşmada ağır yaralanan 1 baş leytenant şəhid olub, 2 terrorçu öldürülüb. Bölgədəki əməliyyatlar davam etdirilir.
    Şırnakda isə Sırğalı dağında təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasındakı qarşıdurmada bir əskər şəhid olub. Onun cənazəsi Antalyaya göndərilib.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 18