Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.
Arannews-islamazeri.com portalına istinadən xəbər verir ki, Əfqanıstanda Baqram hərbi bazasına terror hücumu nəticəsində bu ölkədəki sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Yüngül yara alan hərbçilərin vəziyyəti sabit qiymətləndirilir. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Gürcüstanlı hərbçilər xidmətlərini davam etdirirlər.
Əfqanıstanda terror aktı nəticəsində 5 Gürcüstan hərbçisi yaralandı