Tarix : 2019 Dec 13
Kod 59166

Əfqanıstanda terror aktı nəticəsində 5 Gürcüstan hərbçisi yaralandı

Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.

Arannews-islamazeri.com  portalına istinadən xəbər verir ki, Əfqanıstanda Baqram hərbi bazasına terror hücumu nəticəsində bu ölkədəki sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Yüngül yara alan hərbçilərin vəziyyəti sabit qiymətləndirilir. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Gürcüstanlı hərbçilər xidmətlərini davam etdirirlər.


Əfqanıstanda terror aktı nəticəsində 5 Gürcüstan hərbçisi yaralandı
  • Yazılıb
  • da (də) 2019 Dec 13
  • Göndərən جهان کمالی