Tarix : 2019 Dec 13
Kod 59168

12 Dekabr 2019 15:09 Tweet Şərh yaz Avropa Məhkəməsi AİP lideri ilə bağlı qərarını açıqlayıb

Dekabrın 12-də Avropa İnsan Haqları Məhkəməsi ilahiyyatçı alim, İslam Partiyasının keçmiş sədri Mövsüm Səmədovun işi üzrə qərarını elan edib.

Arannews-Bu barədə vəkil Fariz Namazlı öz feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, Avropa İnsan Haqları Məhkəməsi Mövsüm Səmədovun həbsdə saxlanılmasını pozuntu olaraq qəbul edib və mənəvi zərərə görə təzminat ödəməsini tələb edib: 

"Bu gün Avropa Məhkəməsi ilahiyyatçı alim, İslam Partiyasının keçmiş sədri Mövsüm Səmədovun işi üzrə qərarını elan edib. Məhkəmə hesab edib ki, M. Səmədovun ibtidai istintaq dövründə 8 ay və 17 gün həbsdə saxlanılması və yerli məhkəmələrin onun həbsdə saxlanılmasına tutarlı arqumentlər gətirməmələri Konvensiyanın 5.3-cü maddəsinin və 6.1, 6.3-cü maddələrini pozur. Mənəvi zərərə görə məhkəmə 4000 avro müəyyən etdi".

Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbsə məhkum olunub. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb. O, hakimiyyəti tənqid etməsi ilə tanınıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o,12 il müddətinə azadlıqdan məhrum edilib. Səmədov və onun təmsil edildiyi partiya həbsi onun çıxışları ilə əlaqələndirir.

  • Yazılıb
  • da (də) 2019 Dec 13
  • Göndərən جهان کمالی