Tam məxfi keçirilən görüşlərdə Türkiyəni Xarici İşlər Nazirliyindən bir neçə yüksək çinli nümayəndələr təmsil edib
Turkyə Servisi/Aran Agentliyi
Türkiyə və Ermənistan təmsilçiləri iyulun 8-dən başlayaraq İsveçrənin Bern şəhərində bir neçə görüşlər keçiriblər. Tam məxfi keçirilən görüşlərdə Türkiyəni Xarici İşlər Nazirliyindən bir neçə yüksək çinli nümayəndələr təmsil edib. 19 fevralda Ermənistanda keçirilən prezident seçkilərində qalib gələn Serj Sarksyan, seçkilərdən sonra Rusiyanın «Rossiyskaya qazeta» dərgiyisinə verdiyi müsahibədə, rəsmi Ankara ilə heç bir şərt olamadan diplomatik görüşlər keçirməyə hazır olduqlarını bildirmişdi. Sarkisyanın, “diplomatik yollardan istifadə edərək problemlərimizi həll edə bilərik”sözləri diqqət çəkmişdi. 10 gün öncə dünyanın ən məşhur qəzetlərindən olan «Wall Street Journal»da S.Sarkisyanın müsahibəsi nəşr edilib. O, The Wall Street Journal qəzetində nəşr olunan müsahibəsində, iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasından başqa bir yolun olmadığını vurğulamış və əlavə etmişdi: “ümidim var ki, hökümətlərimiz bu açıq qapıdan keçə bilər”.
Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğanın “qondarma erməni soyqırımı” iddialarının, ortaq komissiya təşkil olunaraq araşdırılması təşəbbüsünü də cavablandıran Sarkisyan, münasibətlərin normallaşacağı təqdirdə bunun reallaşa biləcəyini bildirmişdi. Münasibətlərin normallaşması barədə dasnışan Sarkisyan “indi fəaliyyətə keçmək üçün cəsur və düşünülmüş hərəkət etməliyik. Ermənistan və Türkiyə əbədi düşmən ola bilməz və olmamalıdır” demişdi. Sarkisyan, iki ölkənin işbirliyi nəticəsində, tarixi Qərb-Şərq dghlizininq açılmasına nail ola biləcəyini vurğulamışdı. Ermənistan prezidenti burada da, “münasibətlərimizi normallaşdırmaq və Türkiyə-Ermənistan sərhhədinin açılması üçün, Türkiyə dövləti və xalqına yeni bir dialoq təklif edirəm” deyə iddialı açıqlama vermişdi.
İsveçrədəki gizli görüşlərin keçirilməsində ABŞ-ın da təsiri olduğu iddia edilir və Sarkisyanın bu açıqlamalarından sonra, Türkiyənin də bu yöndə addımlar ata biləcəyi bildirilir. Müzakirələrdən ABŞ və Avropa Birliyinin üzvü olan bəzi ölkələr də məlumatlandırılıb. Sarkisyan bu açıqlamalarla kifayətlənməyərək, Türkiyə prezidenti Abdulla Gülü 2010 Dünya Çempionatı qrup oyunları çərçivəsində 6 sentyabr 2008-ci ildə İrəvanda keçiriləcək Ermənistan-Türkiyə oyununa dəvət edib və “bu səfər, münasibətlərimizdə rəmzi də, olsa yeni bir başlanğıc olar” deyə fikirlərini tamamlayıb. S.Sarkisyanın bu ismarıcları, məxfi keçirilən və yalnız indi üzə çıxan görüşlərdən sonra Abdulla Gülün İrəvana gedib-getməyəcəyi maraqla gözlənilir. Xarici İşlər Nazirliyindən isə bunun cavabının hələ çox tez olduğu bildirilir. Eyni zamanda da qeyd olunur ki, matçla bağlı səfər rəsmi xarakter daşımadığı üçün olmаdığı üçün, onun reallaşa biləcəyi istisna deyil.