Tarix : 2019 Dec 14
Kod 59172

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi

Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.

Arannews-Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ Senatının erməni soyqırımını tanıyan qətnaməni qəbul etməsinə münasibət bildirilməsinə suala cavabda bildirib.

Nazirlik hesab edir ki, qətnamənin mətnində "elmi-tarixi baxımdan ziddiyyətli və şübhəli mənbələrə istinad olunması" bu qətnamənin "qeyri-peşəkar səviyyədə hazırlandığını və yalnız erməni lobbi dairələrinin çirkin məqsədlərinə xidmət etdyini" göstərir.

"Tarix tarixçilər tərəfindən tarixi obyektivlik prinsipləri əsasında araşdırılmalıdır," Leyla Abdullayeva bildirib. "Bu qətnaməni qərəzli və hər hansı hüquqi əsası olmayan sənəd kimi qiymətləndiririk."

Ermənistan rəhbərliyi qətnamənin qəbulunu alqışlayıb.

"Mən şükranam ki, soyqırımın bəzi qurbanlarının hələ də yaşadığı bir məqamda Senat onların nələrdən keçdiyini etiraf edir və onlar bunu görmək imkanı qazandılar," Ermənistan Baş Naziri Nikol Paşinyan bəyan edib.

Paşinyan Senatın bu addımını "ədalət və həqiqət üçün qələbə" adlandırıb.

Soyqırımın tanınması barədə qətnamənin Senatda qəbul edildiyini Demokrat Bob Menendez öz Twitter hesabında açıqlayıb.

"Senatın bu qətnamənin təsdiq etməsi tarixin düzgün tərəfində dayanılmasına məqsədəuyğundur," deyə Senatdakı iclasda çıxış edən Senator Menendez bildirib.

1915 hadisələrini soyqırım olaraq xarakterizə edən qətnamə Türkiyəyə sanksiya nəzərdə tutan bir başqa qətnamə ilə birlikdə 29 oktyabr tarixində Nümayəndələr Palatasında 405:11 səslə qəbul olunumuşdu.

Senatdakı səsvermə Ağ Evin təşəbbüsü ilə 3 Respublikaçı senator tərəfindən əngəllənmişdi.(amerikanın səsi)

  • Yazılıb
  • da (də) 2019 Dec 14
  • Göndərən جهان کمالی