Tarix : 2019 Dec 15
Kod 59175

Ərdoğan Həmas liderini qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Həmas lideri İsmail Haniyə və onunla gələn heyəti qəbul edib.

Arannews-Anadolu”-ya istinadla xəbər verir ki, tərəflər bu gün İstanbulda “Dolmabağça” sarayında görüş keçirib.

Mənbənin bildirdiyinə görə görüş qapalı keçirilib.

Hams.ps-ın yaydığı məlumata görə görüşdə bir çox vacib məsələlər, xüsusən də Qüds məsələsi ətrafında, Qüdsü gözləyən təhlükələr, Fələstin Müqavimətinə dəstək, Qüdsdə, Qərb Şəriyədə, Qəzzada və xaricdə yaşayan insanlarımıza dəstək mövzusunda dərin müzakirələr aparılıb.

  • Yazılıb
  • da (də) 2019 Dec 15
  • Göndərən جهان کمالی