Tarix : 2019 Dec 16
Kod 59179

Nardaran məhbusu işgəncəyə məruz qaldı

2015-ci ilin noyabr ayının 26da Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyatlar çərçivəsində evində saxlanılan və sonradan həbs olunan Ramin Yarıyev həbsxanada da təzyiqlərə məruz qalıb.

Arannews-Bu barədə onun yaxınları məlumat verib.

Məlumatda bildirilir ki, Ramin Yarıyev 2 saylı Cəzaçəkmə Müəssisənin rəis müavini tərəfindən işgəncəyə məruz qalıb.

"Ramin əvvəlcə 3 gün müddətinə kars cəzası alıb. 3 gün bitdikdən sonra kars cəzasını 1 gün də artırıblar. Onun olduğu otağa daxil olaraq Ramini yerə yıxaraq saçını keçəl qırxıblar. Bu işə şəxsən rəis Tahir Yusifov rəhbərlik edib", - deyə yaxınları diqqətə çatdırıb.

Qeyd olunub ki, Ramin Yarıyevin telefondan istifadə haqqına da icazə verilmir.

  • Yazılıb
  • da (də) 2019 Dec 16
  • Göndərən جهان کمالی