Tarix : 2008 Jul 18
Kod 5918

Sabirabadda Qarabağ müharibəsi iştirakçılarının evləri külə dönüb

Sakinlərin sözlərinə görə, yanğına səbəb gün ərzində elektrik enerjisinin 5-6 dəfə qəflətən yanıb-sönməsi olub
Azerbaijan Servisi/Aran Agentliyi
Sabirabad rayonunda yağın hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, yanğın məcburi köçkünlərin məskunlaşdığı 2 nömrəli tibb şəhərciyində olub. Yanğın Qarabağ müharibəsi veteranın evindən başlayıb və digər evlərə keçib. Nəticədə 4 ev külə dönüb. Sakinlərin sözlərinə görə, yanğınsöndürənlər hadisə yerinə çağırılsalar da, onlar çox gec gəliblər. Bu da alovlar böyüməsinə səbəb olub. Hadisənin qarşısını almağa çalışan 20-yə yaxın sakin xəsarət alıb.
Sakinlərin sözlərinə görə, yanğına səbəb gün ərzində elektrik enerjisinin 5-6 dəfə qəflətən yanıb-sönməsi olub . Belə ki, nəticədə naqillərdə qısa qapanma meydana gəlib və bu hadisə baş verib.
Bundan əlavə sakinlər şəhərçikdə bir həftəyə yaxındır ki, suyun olmamasından şikayətləniblər. Yanğının qarşısının vaxtında alınmamasının səbəblərindən biri də məhz budur.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 18