Tarix : 2019 Dec 16
Kod 59182

AİP parlament seçkilərində iştirakla bağlı qərarını elan etdi

AİP , siyasi qurum tərəfindən namizədlərin irəli sürülməsini məqsədəuyğun hesab etmir.”

“Arannews:Rakurs.tv-Azərbaycan İslam Partiyası İdarə Heyətinin geniş toplantısı keçirilib. Toplantıda ölkədə ictimai-siyasi vəziyyət, beynəlxalq aləmdə baş verən son hadisələr müzakirə olunub. Qurum səlahiyyətliləri eyni zamanda ölkədə elan olunmuş növbədənkənar parlament seçkilərilə bağlı geniş təhlillər apararaq partiya üzvlərinin Milli Məclisə seçkilərdə iştirakı ilə əlaqədar qərarını elan edib.

Qurumun mətbuat xidmətindən FaktXəbərə-ə daxil olan məlumatda hmçinin qeyd edilir ki, ölkədə elan olunmuş növbədənkənar parlament seçkiləri hakimiyyətin gözlənilməz qərarıdır: "Belə bir addımın atılacağına dair indiyədək hakim partiyanın parlamentdəki üzvləri tərəfindən əks arqumentlər dəfələrlə səsləndirilmişdi. Əslində qanunverici hakimiyyətə seçki gününün bu qədər tələsik və yaxın vaxta təyin edilməsi digər siyasi partiyaların belə bir ciddi siyasi mübarizəyə qoşulmaq imkanlarının və zamanının məhdudlaşdırılmasından başqa bir şeyə xidmət etmədiyi güman edilir. 

Hakim partiya növbədənkənar seçkiləri ölkədə aparılan islahatlarla bağlamağa çalışsa da, bunu nisbətən təsdiq edən hal kimi nə seçki qaninvericiliyində, nə də məntəqə, dairə və Mərkəzi Seçki Komissiyalarının tərkibində mühüm zəruri hesab edilən dəyişikliklərin şahidi oluruq. 

Belə bir neqativ seçki mühitinin qorunub saxlanması  hesab edirik ki, əvvəlki qanunsuzluqların, namizədlər üçün bərabər şəraitin yaradılmamasının, bir sıra saxtakarlıqların təkrarlanmasına gətirib çıxaracaq. 

Azərbaycan İslam Partiyası iştirak etdiyi əvvəlki seçkilərdə baş verənləri qiymətləndirərək növbədənkənar parlament  seçkisində obyektivliyə etimadın olmadığı təqdirdə, parlamentdə ölkə ictimaiyyəti, xüsusən dini cameə üçün və cəmiyyətdə baş verən milli-mənəvi aşınmanın, onun törətdiyi fəsadların, hicablı xanımların fundamental hüquqlarının kobudcasına pozulmasının qarşısını almaq üçün Milli Məslisdə təmsil olunmağın və zəruri tələb-təkliflərin səsləndirilməsinə böyük maraq və ehtiyacın olmasına baxmayaraq, siyasi qurum tərəfindən namizədlərin irəli sürülməsini məqsədəuyğun hesab etmir.”

  • Yazılıb
  • da (də) 2019 Dec 16
  • Göndərən جهان کمالی