Tarix : 2019 Dec 16
Kod 59183

Parlament seçkiləri həm iqtidar, həm də xalq üçün imtahan olacaq

Parlament seçkiləri həm iqtidar, həm də xalq üçün imtahan olacaq

Arannews-Parlament seçkiləri hazırda ölkə gündəminin əsas məsələsidir. İqtidar parlament seçkilərini demokratiq addım kimi təqdim edir, müxalifət bunu bir şans olaraq görür. Hərçənd bütün müxalifət qüvvələri seçkilərin şəffaf keçiriləcəyini düşünmür. İlk olraq Milli Şuranı qeyd edə bilərik. Milli Şura hazırda ölkədə seçkilər üçün demokratik şəraitin yetişmədiyini əsas gətirərərək seçkiləri boykot edir.

REAL partiyasının fəallarından olan politoloq, iqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya bildirib ki, 9 Fevral seçkiləri hakimiyyət üçün böyük imtahan və məsuliyyətdir - əgər yenə də total saxtakarlıq olsa seçki prosesinə indi cücərməkdə olan kövrək ümid və inam tamam məhv olacaq.

 

Natiq Cəfərli Natiq Cəfərli

 

“Bəşəriyyət tarixinə nəzər salsaq görəririk ki, insanlığın əsas mübarizə apardığı dəyərlərdən biri seçmək-seçilmək uğrunda mübarizə olub. Əvvəl seçki hüququ mülkiyyətə, hətta orduda xidmətə bağlı olub - məntiqi də bu olub ki, sənin itirəcəyin varsa onu qorumağı bacarmalısan, qoruyursansa idarəetmədə iştirak hüququ əldə edirsən.

Amma 19-cu əsrdən başlayaraq seçmək-seçilmək hüququ uğrunda mübarizə kütləviləşdi, hamıya aid edilməsi uğrunda hərəkat başlandı, daha sonra xanımların da eyni hüquqa malik olmaları üçün mübarizə başladı.

Bizim coğrafiyada təməl hüquqlar uğrunda mübarizə fərqli və elitar olub. Rusiya İmperiyasında seçki hüququ uğrunda mübarizə Zadəganlar hərəkatı kimi başlayıb. Mütləq Monarxiya olan Rusiyada məhz ordunun zabitləri, burjuaziya seçki hüquqlarının tədbiqi uğrunda mübarizə aparıblar. Rusiyada fəlsəfə məktəbi yetişmədiyi üçün mübarizənin konsepsiyası ədəbiyyatda formalaşdı - ədəbiyyat fəlsəfəni əvəz etdi, məhz buna görə də Rusiyada güclü ədəbi məktəb yarandı.

Bizdə fəxrimiz ADR-in elanının təməlini də ədabi mühit yaratdı - Cümhuriyyət seçki hüququnu hamıya bağışladı - xalq bu hüquqlar uğrunda mübarizə aparmamışdı. Sonra SSRİ yarandı - bütün hüquqları payladı, amna formallaşdırdı. Seçki hüququ uğrunda mübarizə aparmaran toplum bu hüququn qədir-qiymətini də bilmədi. Formallaşan seçki hüququ dəyərə çevrilmədi.

Müstəqilliyimizi bərpa edəndən sonra bunun acısını çox çəkdik - məmləkətdə bir dəfə də olsun demokratik, normal seçki keçirilmədi, formallıq davam etdi, seçki institutlaşmadı.

Saxta seçkilər dövrü insanların bu vacib instituta marağının tam ölməsinə səbəb oldu - amma hakimiyyət bunun böyük təhlükə olduğunun fərqinə varmadı. Seçki institutu olmayan ölkələrdə sonda mütləq xaos olur - bunun əksini subut edən bir örnək belə yoxdur.

Məhz buna görə 9 Fevral seçkiləri hakimiyyət üçün böyük imtahan və məsuliyyətdir - əgər yenə də total saxtakarlıq olsa seçki prosesinə indi cücərməkdə olan kövrək ümid və inam tamam məhv olacaq, məmləkətdə siyasətin sivilləşməsi, siyasətdən mənasız tör-töküntülərin silinməsi şansı qaçacaq, ölkənin xaosa sürüklənçəsi baş verəcək. İnanmaq istəyirəm ki, bu məsuliyyəti dərk edəcəklər və bu seçkinin ölkədə siyasi səhnədə yeni dövrün başlanması şansı olduğunu anlayacaqlar”.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev seçkiləri boykot edən müxalifət partiyaları barədə danışarkən qeyd edib ki,istənilən siyasi partiyanın əsas vəzifəsi siyasi proseslərdə iştirak etmək və cəmiyyətdə nüfuzunu artırmaq olmalıdır. “Əgər partiya siyasi proseslərdə iştirak etməyəcəksə, ictimai rəyə təsir imkanları da sıfıra bərabər olacaq. Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiya, 3000-dən artıq qeyri-hökumət təşkilatı var. Bir Milli Şuranın seçkini boykot etməsi hesab etmirəm ki, hansısa problem yarada bilər”.

Şou biznes nümayəndələrinin əksəriyyətinin özünü namizəd kimi görməsi barədə də danışan deputat bildirib ki, əxlaqi dəyərlərə üstünlük verməyən şou adamlarının parlamentdə təmsil olunması xalq üçün fəlakət olar.

“Azərbaycanın səsvermə hüququ olan istənilən vətəndaşı Milli Məclisə seçilə bilər. Sənət adamlarının bu təşəbbüslə çıxış etməsinin səbəbi məsələnin ciddiliyini dərk etməməlidir. Azərbaycan şou-biznesində kifayət qədər fərqli xarakterli insanlar var. Bir çoxlarının davranışları əhali arasında pis qarşılanır. Belələrinin ali qanunverici orqanı şou biznesə çevirməsi xalq üçün fəlakətə bərabər olar. O cür mənəviyyat, əxlaq daşıyıcılarının parlamentdə təmsil olunması acınacaqlı situasiyaya yol aça bilər. Özümüz özümüzü hörmətdən salmamalıyıq”.

İlhamə Rəsulova

Bizimyol.info

  • Yazılıb
  • da (də) 2019 Dec 16
  • Göndərən جهان کمالی